Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:49

Leyla Yunus: «Bilirəm ki, hakimiyyət bu kampaniyadan narahat olacaq...»


Leyla Yunus
Leyla Yunus

-

«Böyük bir kampaniyaya start veririk. Repressiyalara Qarşı Mərkəz Avropa ölkələrinin olimpiya komitələrinə, tanınmış idmançılara məktublar göndərəcək ki, Azərbaycanda keçiriləcək Olimpiya Oyunlarını boykot etsinlər. Bu oyunların əsas ideyası sülh, dostluq və insan hüquqlarıdır. İnsan haqlarının tapdandığı bir ölkədə bu tədbiri keçirmək böyük səhvdir».

Bu sözləri Repressiyalara Qarşı Mərkəzin keçirdiyi mətbuat konfransında hüquq müdafiəçisi Leyla Yunus səsləndirib. O bildirib ki, olimpiya oyunlarının boykotu üçün 6 qrup yaradılıb:

«Bu qruplarda müsavatçılar, cəbhəçilər, bitərəflər fəaliyyət göstərir. Onların haqqında geniş məlumat vermək istəmirəm. Çünki iqtidar özünü itirib. Kim iki söz yazıb önə çıxırsa, tutub içəri salırlar. Avropanın başı Ukraynada qarışdığından, İlham Əliyev də bundan istifadə edir. Qrupların hərəsi bir istiqamətdə işləyəcək. Nəzərdə tuturuq ki, Avropa ölkələrindəki diaspor təşkilatlarını da bu işə qoşaq. Mən bilirəm ki, hakimiyyət bu kampaniyadan narahat olacaq. Bilirəm ki, öz adamlarını bizim üzərimizə salacaqlar. Hər şeyə hazırıq. Biz bu yolu seçmişik və axıradək gedəcəyik. Qələbə bizimlədir!».

Leyla Yunus onu da bildirib ki, mərkəzin daha əvvəl başlatdığı kampaniya nəticə verməkdədir:

««Magnitsky siyahısı»nın Azərbaycan versiyasının hazırlanması ilk işimiz oldu. Bu təşəbbüsümüzə ABŞ da, Avropa da yaşıl işıq yandırdı. Həmin siyahıya saldığımız 6 hakimdən biri artıq Qərb ölkələrinə viza ala bilməyəcək».

XS
SM
MD
LG