Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:33

Ukraynada daha bir azərbaycanlı öldürülüb


-

Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb.

APA-nın məlumatına görə, onu rusiyameylli separatçılar güllələyib.

Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin verdiyi məlumata görə, hadisə iyulun 30-u axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

Onun meyitinin separatçıların nəzarəti altında olan ərazidə qaldığı bildirilir. Məlumata görə, hadisə zamanı yaralanan üç azərbaycanlı isə itkin düşüb. Bildirilir ki, Telman Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

Bundan əvvəl, iyulun 26-da Kremençuk şəhərinin meri Oleq Babayev evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Mayın ortalarında isə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə sui-qəsd edilib. Hələki qətl və sui-qəsdlə bağlı saxlanan olmayıb.

XS
SM
MD
LG