Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Xəzərə pulsuz yaxınlaşmaq qadağandır…


Xəzər dənizi
Xəzər dənizi

-

«Çimərliyə giriş pulludur»…

Hazırda Xəzər dənizinin sahilboyu çəpərlənən çimərliklərinin girişində sakinləri bu xəbərdarlıq yazılmış lövhələr qarşılayır. Şıx çimərliyində daha bir sahəsi hasara alınıb və tikinti işlərinə başlanılıb. Hündür hasar dənizin içinə qədər uzanıb. Fəhlələrdən öyrəndik ki, çəpərlənən yer özəl çimərlik sahəsi olacaq və burada restoran fəaliyyət göstərəcək.

«Bizim yol» qəzeti 1 avqust sayında Xəzər çimərliklərindən foto-reportaj hazırlayıb. Qəzet yazır:

«Hasarlanan ərazidə tikinti işlərindən yaranan tullantıların dənizə axıdıldığının şahidi olduq. Hansı ki, yaxınlıqda insanlar çimirdilər. Onların bəziləri ilə həmsöhbət olduq».

Paytaxt sakini Əhliman Qədirov Xəzər dənizinin sahilboyu torpaqlarının yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan satılmasından narazıdır:

«Şəhər çimərlikləri son 100 ildə Abşeron əhalisinin istirahəti üçün ən əlverişli variant idi. Son zamanlar bu şərait azalır. Dənizin sahili satılır, icarəyə verilir. Onların da bəzisi istirahət mərkəzi, restoran filan tikir, bəzisi də öz ailəsi üçün villa ucaldır. Bu da istirahətimizə maneələr yaradır. Çəpərlənmə nəticəsində insanların istirahət hüququ pozulur. Təəssüf olsun ki, məmurlar dənizin sahilini dövlətin müstəsna mülkiyyətində olması nəzərə almadan pulla satır. Dəniz kənarının çəpərlənməsi genişlənir, buna görə də insanların yayda normal istirahətinə imkan verilmir».

Prezident İlham Əliyev 2008-ci il dekabrın 2-də «Torpaq islahatı haqqında» qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunu imzalayıb. Qanunda artıq dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib. Sənəddə deyilir ki, qanundan «dövlət məqsədləri üçün» sözləri çıxarılsın. Dəyişikliyə görə sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

XS
SM
MD
LG