Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 05:42

«Təmiz Hava» aylığı yekunlaşdı


Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avqustun 1-dən Bakıda keçirdikləri bir aylıq «Təmiz Hava» aylığı avqustun 31-də sona çatdı. Aksiyanın keçirilməsində məqsəd şəhərin ən çox avtonəqliyyat olan hissələrində havaya buraxılan zərərli maddələrin qarşısını almaq idi.


Dövlət Yol Polisinin şöbə rəisi Vaqif Əsədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə «Təmiz Hava» aylığının davam etdiyi müddət ərzində 6000-dən artıq nəqliyyat vasitəsi saxlanılıb. 3700-dən artıq avtomaşının yanacaq sistemində texniki nasazlıq olduğuna görə həmin maşınların sürücüləri inzibati məsuliyyətə cəlb olunub, nasaz sayılan maşınlar isə texniki təmir stansiyalarına göndərilib. Təmirdən sonra isə onlar yenidən xəttə çıxıb.


«Havanın çirklənməsində nəqliyyatın rolu 40-50 faiz təşkil edir. Bizim əməkdaşlarımız bu müddət ərzində xüsusi cihazlar vasitəsilə avtomaşınların mühərrikindən ixrac olunan karbon qazının - C10-nun miqdarı yoxlayırdı. Normativə görə, bu qazın göstəricisi 3,5 faizə qədər olmalıdır. Bu göstərici artıq olanda həmin avtomaşınların sürücülərinə qarşı inzibati tədbirlər görülürdü». Vaqif Əsədovun verdiyi məlumata görə, «Təmiz Hava» aylığı bitsə də alınmış müasir cihazlar vasitəsilə avtomaşınların mühərriklərindən ixrac olunan zərərli maddələr qarşısı ilboyu alınacaq. Bu vaxta qədər Bakıda keçirilmiş bu tədbir bundan sonra bölgələrdə də davam edəcək.


Ekoloji problemlərin həlliylə bağlı məsələlər 2006-cı il iyulun 3-də prezidentin yanında keçirilən toplantıda müzakirə olunmuşdu.


XS
SM
MD
LG