Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:36

Ramiz Mehdiyev iqtidar-müxalifət dialoqunu mümkün sayır


Ramiz Mehdiyev: «Mətbuat qanun çərçivəsində fəaliyyət göstərməlidir»
Ramiz Mehdiyev: «Mətbuat qanun çərçivəsində fəaliyyət göstərməlidir»

«Azərbaycanda mətbuatın vəziyyəti normaldır və Azərbaycan mətbuatı da ölkədə yaranmış mühitlə uyğunlaşmalıdır». Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev belə deyir. Onun sözlərinə görə «ayrı-ayrı mətbuat işçiləri mətbuatdan öz məqsədləri üçün istifadə etməməlidirlər. «Onların vəzifələri «Kütləvi İnformasiya Vasitələri haqqında» qanunda müəyyən olunub. O qanun çərçivəsində də mətbuat fəaliyyət göstərməlidir».


Son vaxtlar ATƏT-in iqtidar-müxalifət dialoqunun keçirilməsi təşəbbüsü ilə çıxış etməsinə münasibət bildirən cənab Mehdiyev bildirib ki, «bu bizim daxili məsələlərimizdir. Daxildə ehtiyac olarsa əlbəttə ki, dialoq da olacaq».


Sonuncu dəfə iqtidar-müxalifət dialoqu ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə 2005-ci ilin parlament seçkiləri ərəfəsində keçirilib. Bir neçə raundda baş tutan görüşlərdə sərbəst toplaşmaq azadlığı məsələsi, «Seçki Məcəlləsinə» dəyişikliklər və s. problemlər müzakirə olunub. Bir çox müxalifət partiyalarının və hakimiyyət təmsilçilərinin qatıldığı bütün görüşlər nəticəsiz başa çatıb.


XS
SM
MD
LG