Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Qars Axalkalaki dəmir yolunun tikintisinə gələn ilin ortalarından başlana bilər


Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze belə aşıqlama verib. Nazirinin sözlərinə görə, Gürcüstan hökuməti artıq Azərbaycan tərəfi ilə layihənin maliyyələşdirilməsi məsələlərinin müzakirəsinə hazırlaşır. Həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstan danışıqların qısa bir vaxtda başa çatdırılmasında maraqlıdırlar. İrakli Şoqovadze onu da bildirib ki, dəmir yolu tikintisinin ümumi dəyəri 600 milyon dollar ola bilər ki, bunun da 400 milyon dolları yolun Gürcüstandan keçən hissəsini tikintisinə lazımdır.


XS
SM
MD
LG