Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:25

Ukrayna neft-qazla bağlı Azərbaycana təkliflər verir


Ukrayna Azərbaycanla enerji sahəsində üç istiqamətdə əməkdaşlıq etməkdə maraqlıdır. Neftin kəşfi, hasilatı, emalı və satışı üzrə birgə qurumların yaradılması, Odessa-Brodı xətti ilə neftin nəqlinə dair yeni marşrutun yaradılması, Xəzər-Ukrayna-Avropa marşrutu ilə qazın nəqlinin təşkil edilməsi. Bunu Ukrayna prezidenti Viktor Yuşşenko sentyabrın 7-də prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Odessa-Brodı boru kəmərinin səmərəli fəaliyyət göstərməsi üçün ildə 5 milyon tona qədər neft lazımdır. Ukraynanın neft emalı zavodları bu nefti emal etməyə hazırdılar. Cənab Yuşşenko «Naftoqaz Ukraina» şirkətinin 600 benzindoldurma məntəqəsini ARDNŞ-lə birgə istismar etməyi, eləcə də Ukraynanın Xəzər neftinin Avropaya nəql edilməsi üçün tranzit imkanlarını da təklif edir. O, hesab edir ki, Brodı-Plotsk-Qdansk marşrutu ilə neft Baltik və Şimal dənizi hövzələrinə çatdırıla, «Drujba» boru kəməri vasitəsilə isə Slovakiyaya nəql oluna bilər.


Azərbaycan prezidenti isə öz növbəsində bu təkliflərin ölkəsi üçün maraqlı olduğunu bildirib.





XS
SM
MD
LG