Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:28

«Benzin və maye qazın qiyməti artırılmayacaq»


ARDNŞ prezidenti Rövnəq Abdullayev
ARDNŞ prezidenti Rövnəq Abdullayev

«Gələn il benzin və maye qazın qiyməti artırılmayacaq». Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, benzin və maye qazın qiymətinin 2007-ci il yanvarın 1-dən artırılacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur.


Cənab Abdullayev bildirib ki, hazırda ölkədə yaranan maye qaz qıtlığı qısamüddətlidir. O, qıtlığın səbəbini «bəzi işbazların qiymətlərin qalxmasından ehtiyatlanaraq, anbarlarına ehtiyat yığmağa çalışması» ilə bağlayıb.


ARDNŞ prezidenti deyib ki, Azərbaycanın maye qaza olan illik tələbatı 120 min kub/metrdir, amma ölkədə ildə 200 min ton maye qaz istehsal etmək imkanı var.


XS
SM
MD
LG