Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Azərbaycan futbolunda böhran...


Futbol üzrə Azərbaycan millisi. Şəkil: AFFA
Futbol üzrə Azərbaycan millisi. Şəkil: AFFA

İndi problem ondadır ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) sponsorsuz qalıb. Ona görə də federasiya Azərbaycanın futbol üzrə yığma komandasını Portuqaliya və Belçikaya göndərməkdə çətinliklə üzləşib. Azərbaycan oktyabrın 7-də Portuqaliya, 11-də isə Belçika yığması ilə qarşılaşmalıdır. Federasiyanın baş katibi Fuad Əsədov deyir ki, əslində müqaviləyə əsasən Dövlət Neft Şirkəti (ARDNŞ) onlara sponsorluq etməlidir. Ancaq ötən il ARDNŞ AFFA-ya 3 milyon manat yardım etsə də, bu il bir qəpik belə verməyib: «Öz sponsorumuz qalıb bir tərəfdə, biz xaricdən imdad gözləyirik. Belçika və Portuqaliya bizim oradakı xərclərimizi çəkməyə hazır olduqlarını bildirib. Bir şərtlə ki, gələn il onlar gələndə biz də həmin şəraiti yaradaq…


ARDNŞ-ış İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nizaməddin Quliyev deyir ki, heç də sponsorluqdan imtina etmirlər. Sadəcə, AFFA-nın təqdim etdiyi xərclər siyahısında bəzi məsələlər onları qane etmir.
Fuad Əsədov FİFA və UEFA-nın ayırdığı vəsaitlər hesabına yığma komandanın Portuqaliya və Belçikaya göndəriləcəyini istisna etmir. Ancaq, o, qeyd edir ki, beynəlxalq qurumlar AFFA-ya yol xərclərinə görə yox, futbolun birbaşa inkişafına xidmət edən proqramların maliyyələşməsi məqsədi ilə vəsait verir. Sonradan bu proqramları da həyata keçirmək lazım olduğundan onlar xəbərdarlıq ediblər.


ARDNŞ-ış İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nizaməddin Quliyev isə deyir ki, heç də sponsorluqdan imtina etmirlər. Sadəcə, AFFA-nın təqdim etdiyi xərclər siyahısında bəzi məsələlər onları qane etmir. Nizaməddin Quliyev deyir ki, həmin xərclərin bir hissəsi birbaşa futbolun inkişafına xidmət etmədiyindən neft şirkəti gözləmə mövqeyini tutub. Üstəlik o, hesab edir ki, sponsorluq xeyriyyəçilikdir, borc deyil. Ona görə də AFFA tələbdən xahişə keçməlidir.


Azərbaycanın futbol üzrə yığma komandasının üzləşdiyi bu maliyyə problemləri azarkeşləri də narahat etməyə başlayıb: «Dövlət pul ayırmalıdır da, onlar Azərbaycanın bayrağını qaldıracaqlar…», «Nə pul var, nə də futbol…», «Dövlət Neft Şirkətinin pulu yoxdursa, mən iki nəfərin təyyarə biletini ala bilərəm…», «Prezidentə müraciət etsinlər…»


Yığma komandanın baş məşqçisi Şahin Diniyev deyir ki, maliyyə problemləri onların oyununa təsir etməyəcək. Əlbəttə Portuqaliyaya birbaşa reyslə getsəydilər, futbolçular da özlərini yorğun hiss etməzdi: «Oyuna çıxanda hamı problemləri unudub, milli ruha, milli bayrağa sığınacaq…»


«Yeni Müsavat» qəzetinin idman şərhçisi Vüsal Mehdioğlu deyir ki, AFFA-nın sponsorsuz qalması yenidən Azərbaycan futbolunda siyasi çəkişmələrdən xəbər verir. Onun sözlərinə görə, Ukrayna millisi ilə görüşdən əvvəl də bəzi oyunçuların yığmaya könülsüz gəlməsi göstərirdi ki, AFFA prezidenti Ramiz Mirzəyevə qarşı kampaniya başlayıb. Vüsal Mehdioğlu deyir ki, AFFA ilə Dövlət Neft Şirkətinin rəhbərliyi arasında münasibətlərin gərginləşməsi futbola dövlət qayğısının olması haqqında aparılan təbliğatla heç cür üst-üstə düşmür. ARDNŞ-da isə hesab edirlər ki, son hadisələrin siyasi çəkişmələr kimi təqdim edilməsi əsassız iddialardır.


Azərbaycanın futbol üzrə yığma komandası Avropa Çempionatının seçmə mərhələsində hələ ki, iki oyun keçirib. Bakıda Qazaxıstan yığması ilə heç-heçə oynayan Azərbaycanın futbol üzrə milli komandası səfərdə Serbiyaya 0:1 hesabı ilə məğlub olub…


XS
SM
MD
LG