Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:55

Azərbaycan çirkli pulların yuyulması riskinə görə ilk 50 ölkə arasındadır


Generic -- Money, euro, dollars, (©Shutterstock)
Generic -- Money, euro, dollars, (©Shutterstock)

İsveçrənin Bazel İnstitutu 3-cü ildir ki, Anti-Pul Yuma İndeksi adlı hesabat hazırlayır.

Hesabatın məğzi hər bir ölkənin çirkli pulların yuyulmasına , terrorizmin maliyyələşməsinə nə qədər həssas olmasını müəyyən etməkdir. Ölkənin topladığı bal nə qədər yüksəkdirsə, çirkli pullar riski bir o qədər böyükdür.

Bazel Anti-Pulyuma İndeksi Dünya Bankının, Transparency İnternational və başqa nüfuzlu təşkilatların hesabatları əsasında hazırlanır.

Hər bir ölkə üçün orta bal 14 göstərici əsasında çıxarılır. 0 bal ən aşağı riski, 10 bal ən yuxarı riski göstərir.

162 ölkə arasında bu ilki hesabatda axırıncı yerdə İrandır – 8,56 bal.

Ondan əvvəlki yerlərdə :

Əfqanıstan – 8,53 bal

Kamboca – 8,39 bal

Tacikistan – 8,34 bal

Azərbaycan 111-ci yerdədir və 6,46 bal yığıb. Müqayisə üçün, Gürcüstan 4,83 bal, Ermənistan 4,86 bal yığıb. Qazaxıstan – 5,94 bal

Rusiya – 6,29 bal yığıb.

Azərbaycanda çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşməsi riski, hesabata görə, Gürcütan, Ermənistan, Qazaxıstan və ya Rusiyadan yuxarıdır.

Azərbaycanda bunlara risk təxminən Pakistandakı kimidir. Pakistan 6,53 bal yığıb.

Dünyada çirkli pulların yuyulması riskinin ən az olduğu ölkə isə Finlyandiyadır – 2,51 bal.

İkinci yerdə Estoniyadır – 3,27 bal.

XS
SM
MD
LG