Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:38

«Azərbaycanda son tənqidi səsləri boğmaq qərarına gəliblər»


Sərhədsiz Reportyorlar təşkilatı
Sərhədsiz Reportyorlar təşkilatı

-

Azərbaycan hökuməti iyul ayının əvvəlindən hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə və onların tərəfdarlarına qarşı misilsiz təzyiq və təqib kampaniyasına başlayıb. Bu barədə Sərhədsiz Reportyorlar təşkilatının yaydığı bəyanatda belə deyilir:

Avropa Şurasına 47 üzv-ölkə sırasında ən repressiv ölkə olmasına baxmayaraq, Azərbaycan eyni zamanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başladı. Adı çəkilən müddət ərzində hakimiyyət təkcə yerli təşkilatlara təzyiq göstərməklə kifayətlənmir. Belə ki, ABŞ-ın İREX təşkilatı da daxil olmaqla, 10-larla QHT-nin hesabları dondurulub. Reportyorların Azadlığı və Təhlükəsizliyi, Media Hüquqları institutları rəhbərlərinin şəxsi hesabları da daxil olmaqla, bu qurumların hesablarına həbs qoyulub.

Avqustun 6-da RATİ rəhbəri Emin Hüseynova ölkədən çıxmağa imkan verilməyib və avqustun 8-dən etibarən onunla əlaqə kəsilib.

Hakimiyyət bu QHT-nin ofisini möhürləyib və bütün sənəd və avadanlığını müsadirə edib.

«Belə düşünmək olar ki, Azərbaycan hakimiyyəti ölkədə sonunсu tənqidi səslərə öldürücü zərbə endirmək qərarına gəlib».

Biz beynəlxalq birliyi mümkün olduqca tez halda Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən ölkədə belə yolverilməz təcrübəyə reaksiya verməyə çağırırıq.

Azərbaycan hakimiyyətinin fəaliyyəti qalan müstəqil səsləri boğmamış dayandırılmalıdır», «Sərhədsiz Reportyorlar»ın təmsilçisi Yoxan Bir bildirib.

Diqqəti cəlb edən budur ki, hakimiyyət təkcə jurnalistlərin özlərini deyil, qohum və yaxınlarını da təqib edir.

Belə ki, «Azadlıq» qəzeti və «Azərbaycan saatı» televerilişinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov Sabirabadda narkotik ittihamı ilə saxlanıb.

Bundan əvvəl avqustun 2-də saxta ittihamla tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib. İyulun 30-da tanınmış digər hüquq müdafiəçisi Leyla Yunus, daha sonra həyat yoldaşı Arif Yunus həbsə alınıblar.

Avqustun 8-də tanınmış vəkil İntiqam Əliyev də eyni taleyi yaşayıb. Daha əvvəl isə tanınmış jurnalist Rauf Mirqədirov casusluq ittihamı ilə həbsə alnmışdı. /Turan/

XS
SM
MD
LG