Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:37

Pentaqon deyir ki, Suriyadakı ABŞ girovlarını azad etməyə çalışıb


Pentaqon bildirir ki, bu yaxınlarda ABŞ ordusu İslam Dövləti yaraqlılarının Suriyada saxladığı ABŞ girovlarını azad etmək üçün əməliyyat keçirib, ancaq onları tapa bilməyib. Pentaqonun yaydığı bəyanata görə, əməliyyata “hava və quru komponentləri” daxil olub.

“Prezident Barack Obama missiyaya “yayın əvvəlində” göstəriş verib”, Obamanın terrorçuluq əleyhinə baş köməkçisi Lisa Monaco-nun yaydığı bəyanatda belə deyilir.

Ancaq bəyanatlarda Birləşmiş Ştatların hansı girovları xilas etməyə çalışdığı göstərilmir.

Bu xəbərdən bir gün əvvəl isə islamçılar 2012-ci ilin noyabrında Suriyada oğurlanmış ABŞ jurnalisti James Foley-nin boynunun vurulduğunu göstərən video yayıblar. Qrup daha bir amerikalı girovu öldürməklə hədələyib. Buna baxmayaraq Prezident Barack Obama hücumları davam etdirəcəyini bildirib. Obama İslam Dövlətini bütün regiona təhlükə yaradan “xərçəng” adlandırıb.

XS
SM
MD
LG