Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:35

«İlham Əliyevin qarşısına şərt qoyula bilər»


İlham Əliyev
İlham Əliyev

-

Avqustun 22-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

«İLHAM ƏLİYEVİN QARŞISINDA ŞƏRT QOYULA BİLƏR»

«Azadlıq» qəzeti yazır ki, «siyasi məhbuslar azad edilməsə Avropa Yay Olimpiya oyunlarının boykot olunmasının gündəmə gələcəyi gözlənilir». Qəzet vurğulayır ki, bu məsələ ilə bağlı İlham Əliyevin qarşısına şərt qoyula bilər:

«Beynəlxalq aləm son həbslərdən çox narahatdır və hakimiyyətdən bu siyasəti dayandırmasını istəyir. Beynəlxalq medianın bu məsələni diqqətdə saxlaması, Avropa strukturlarının hakimiyyətə kəskin etirazları göstərir ki, siyasi məhbus problemi Azərbaycan hakimiyyəti ilə Qərb arasında prinsipial məsələyə çevrilib».

AZƏRBAYCANLI SAHİBKARLAR ÜÇÜN YENİ İMKANLAR AÇILA BİLƏR

«Yeni Azərbaycan» qəzetinə görə, Kremlin Qərb dövlətlərinə tətbiq etdiyi sanksiyalar azərbaycanlı sahibkarlar üçün yeni imkanlar yaradır. Qəzet yazır ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov da Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracını artırmağa hazır olduğunu deyib:

«Ötən il Azərbaycan 250 min ton alma istehsal edib, lakin Rusiya onun 37 min tonunu istehlak edib. Eyni vəziyyət armuda da aiddir. Azərbaycan 40 min ton armud istehsal edib, onun yalnız 168 tonu Rusiyaya çatdırılıb».

RESPUBLİKA STADİONUNUN ÜRƏK AĞRIDAN OT ÖRTÜYÜ

«Futbol+» qəzeti avqustun 21-də Respublika Stadionunda keçirilən futbol oyunu ilə bağlı bəzi məqamlara diqqət çəkir. «Stadionun ot örtüyü ürək ağrıtdı. Oyunun ilk dəqiqələrindən sonra qazon bərbad hal aldı. Ümumiyyətlə, örtüyün bu vəziyyətdə olması komandaların sürətli oyun sərgiləməsinə imkan vermirdi. Xüsusən «Qarabağ»ın çıxışına bu amil daha çox təsir edirdi. Görünür, Qurbanovun oyundan öncə qazonun pis vəziyyətdə olmasını qabartması boşuna deyilmiş».

XS
SM
MD
LG