Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:11

Türkiyədə Böyük Azərbaycan yazıçısını tanıtmaq üçün layihə


-

Türkiyədə böyük Azərbaycan yazıçısı Səməd Behrənginin əsərlərinin 9-cu cildi çap edildi.

12 cilddən ibarət olacaq seriya tərcüməçilər, əslən İran Azərbaycanından olan yazarlar Ramin Cabbarlı və Türkan Urmulunun əməyidir.

Bundan əvvəl yayınlanan 8 kitab bunlardır:

“Küçük Kara Balık”, “Telhun”, “Ulduz ve Kargalar”, Bir Şeftali, Bin Şeftali”, “Sevgi Efsanesi”, “Toplu Masallar I”, “Bir Günlük Düş ve Gerçek”, “Güvercinci Keloğlan”

Kitablar “Kaynak Yayınları” tərəfindən yayınlanıb.

Səməd Behrəngi 1939-cu ildə Təbriz şəhərində anadan olub.

1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

O, Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961). Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca Qara Balıq” və s. hekayə və nağıllarını yazıb.

İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.

Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Səməd Behrəngi
Səməd Behrəngi

XS
SM
MD
LG