ÇEÇENLƏR UKRAYNAYA GİRƏN RUS QOŞUNLARI SIRASINDA
Avqustun 27-də Ukrayna Rusiya qoşunlarının öz ərazisinə soxulmasını bəyan etdi. Prezident Petro Poroshenko bildirdi ki, Donetsk vilayətinin Amvrosievka, Starobeşevo və Novoazovsk yaşayaış məntəqələrinə Rusiya ərazisində hərbi hücumlar həyata keçirilib. Azov dənizi sahilində, Rusiya ilə sərhəddə yerləşən sonuncu şəhər hazırda hərbi əməliyyatlar gedən ərazidən 100 km aralıdadır. Sosial mediada yayılan bu videonun həmin şəhərdə, Novoazovskda çəkildiyi bildirlir. AzadliqRadiosunun onun həqiqiqiliyini yoxlamak imkanları yoxdur. Videonu çəkənin çeçen əsilli olduğu ehtimal edilir. Onun söhbət etdiyi digər əsgərlər də, çeçen dilində danışırlar.
DONETSK SEPARATÇILARININ LİDERİNİN ETİRAFI
Separatçı Donetsk xalq respublikası rejiminin başçısı etiraf edib ki, Ukraynada 4000-ə qədər Rusiya hərbçisi döyüşür. Brüsseldə bəyanat verən NATO nümayəndəsi deyir ki, 1000 nəfərə yaxın Rus hərbçisi var. İlovaysk şəhərində mühasirəyə düşən Ukrayna könüllülər batalyonunun komandiri, arxadan onlara qarşı 2 Rusiya alaynın hücum etdiyini bildirir. Rəqəmlər müxtəlifdir, lakin müharibə uzandıqca Rusiyanın Ukraynaya hərbi müdaxiləsini göstərən faktların sayı artır. Kiyevdə artıq hər şeyə öz adını vermək, Rusiya ilə bütün diplomatik münasibətləri pozub, qonşu ölkə ilə müharibə aparan tərəf kimi davranmaq çağırışı səslənir.
Rusiyanın #Ukrayna-ya hərbi müdaxiləsi haqda http://t.co/fhHuXSav4m http://t.co/zh7nc8WmI4
— AzadliqRadiosu (@RadioAzadliq) 28.8.2014
KİYEV AVQUSTUN 28-NƏ OLAN VƏZİYYƏT HAQDA
Ukrayna Təhlküəsizlik və Müdafiə şurasının yaydığı xəritədə ilk dəfə olaraq ancaq göy rəngli oxlar görünür. Göy rəng separatçıların hücumlarıdır. Buradan görünür ki, hücumlar Rusiya ərazisindən gəlir. Hərbçilərinin nümayəndəsi Lysenko bu gün təsdiq edib ki, Novoazovsk şəhəri rusların əlinə keçib. "Orada Rusiya ordusunun hərbi texnikası var" deyib. Başqa bir istiqamətdə - Saur-Moqila yüksəkliyinin kimin əlində olduğu hələ də bilinmir. Sosial mediada strateji əhəmiyyəti olan bu yüksəklikdə separatçıların fotoları yayılsa da, onların nə vaxt çəkildiyi bilinmir. Bu yüksəklik uzun müddət Rusiyameylli qüvvələrin əlində idi. İlovaysk şəhərində separatçıların mühasirəsində olan Donbass və Dnepr könüllər batalyonunun aqibəti haqda dəqiq xəbər yoxdur. Onlar müdafiə olunduqlarını bildirsələr də, qüvvəlrəinin tükəndiyini deyirlər. Ukrayna ordusunun həmin istiqamətdə kömək göndərmək imknalrı məhdudlaşıb. Rusiya sərhəddinə yaxın olan bu əraziyə Rusiyadan gələn yeni hərbi hissələrin yeridildiyi bildirilir.