Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:49

Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu [Video]


Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu

-

Ən son xəbərlər yazının əvvəlindədir.

«Özüm də bunların tələsik qərarına mat-məəttəl qalmışam. Residivistəm, yoxsa ağır cinayət törətmişəm ki, mənim ölkədən çıxışıma qadağa qoyurlar?».

Bu sözləri AzadlıqRadiosuna haqqında ölkədən çıxmamaq qərarı çıxarılan Eldəniz Quliyev deyib. O, bu qərarı siyasi sifariş hesab edir:

«Son zamanlar düşünülmüş, qeyri-radikal mübarizə metodu ortaya qoymuşam. İstər Milli Şura, istərsə də Ziyalılar Forumunda fəal iştirak etmişəm, məqalələr yazmışam. Bardağı daşıran son damla da Milli Şuranın toplantılarının mənim ofisimdə keçirilməsi oldu. Ona görə də belə bir qurama, qeyri-qanuni iş qurdular mənə qarşı».

***

Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin ölkədən çıxmaması ilə bağlı qərar çıxarıb. Bu haqda AzadlıqRadiosuna Eldəniz Quliyev özü məlumat verib.

***

Sentyabrın 10-da Ziyalılar Forumunun sədri Eldəniz Quliyev Nəsimi rayon məhkəməsinə çağrılıb. Bu haqda AzadlıqRadiosuna o özü məlumat verib. Eldəniz Quliyevin sözlərinə görə, onu «qətimkan tədbiri» ilə bağlı dəvət ediblər:

«Amma bunun nə olduğunu izah etmirlər. Hər halda, bu həbs qətimkan tədbiri olmayacaq. Çox güman bu mənim hərəkət məhdudiyyətimlə bağlı olacaq, ölkədən çıxmayım və s. Halbuki bu günə məhkəmə gözlənmirdi. Dünən - sentyabrın 9-da məhkəmənin qərarı ilə mənim statusum, dediklərim linqvistik ekspertizaya göndərilmişdi. Amma bu gün qəfildən təcili belə qərar verildi».

Eldəniz Quliyev bir qədər əvvəl sosial şəbəkədə yol polisinin davranışı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Bundan sonra nazir Ziyalılar Birliyinin üzvünü polisi təhqir etdiyi və böhtan atdığını əsas gətirib məhkəməyə vermişdi.

Yeri gəlmişkən, bu gün Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Gözəlov «Trend»ə açıqlamasında nazir Ramil Usubovun Eldəniz Quliyevi məhkəməyə verməsinə aydınlıq gətirib. Sadiq Gözəlov deyib ki, Azərbaycan polisini «mədəniyyətdən və etik davranış qaydalarından məhrum», «mal oğrusu», «ova çıxmış tülkü» adlandırıb təhqir edən, adını Ziyalılar Birliyinin üzvü qoymuş Eldəniz Quliyev daxili işlər nazirinin onu məhkəməyə verməsini özünün ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir.

«Ayrı-ayrı açıqlamalarında fikirlərini dəyişərək, nazir Ramil Usubovun adını göstərmədiyi halda məhz nəyə görə onun tərəfindən məhkəməyə verildiyini qabardır».

Sadiq Gözəlovun fikrincə, «dövlətin əsas sütunlarından, dayaqlarından biri olan, dövlətə, dövlətçiliyə, dövlət müstəqilliyinə, hər bir Azərbaycan vətəndaşına xidmət edən Azərbaycan polisi haqqında nalayiq ifadələr işlətmək, ən azından, Ziyalılar Birliyinin sədri adını daşıyan bir şəxsə heç yaraşmır. İkinci, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz».

O ki qaldı, iddianın Ramil Usubov tərəfindən verilməsinə, Sadiq Gözəlov bildirib ki, qanunvericiliyə əsasən, nazir rəhbərlik etdiyi icra hakimiyyəti orqanı əməkdaşlarının hüquqlarının müdafiəçisidir.

«Bununla bağlı çoxsaylı polis əməkdaşlarının DİN-ə müraciətləri nəzərə alınıb, qanuna uyğun olaraq məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilmişdir ki, burada da təəccüb doğuracaq bir şey yoxdur».

Eldəniz Quliyev deyir ki, o bütünlükdə Azərbaycan polisini yox, bəzi polis əməkdaşlarını tənqid edib. «Nazirlikdə belə polisin olduğunu Usubov da bilir, mütəmadi olaraq kobud səhvlərə yol verənləri işdən uzaqlaşdırır. Kim inkar edir ki, Azərbaycan polisində qanuna sayğısız yanaşan, vətəndaşlara kobud davranan əməkdaş yoxdur? «Youtube» bu cür materiallarla doludur».

XS
SM
MD
LG