Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:28

İŞİD britaniyalı girovu öldürdüyünü deyir


Britaniya vətəndaşı edamdan qabaq.
Britaniya vətəndaşı edamdan qabaq.

İki uşaq atası, 44 yaşlı Haines humanitar yardım agentliyinin işçisi kimi çalışarkən ötən il oğurlanmışdı.

-

Suriyada Britaniya vətəndaşı olan humanitar təşkilat əməkdaşının edam xəbərindən sonra Qərb müttəfiqləri "İslam Dövləti"nə qarşı kampaniyaları sərtləşdirirlər.

Sentyabırın 13-də İD David Hainesin başının kəsilməsi görüntülərini yayıb.

Hərəkətin icraçısı bildirir ki, bu, İraqın şimalındakı kürd peşmərgə döyüşçülərinə göndərilən Britaniya silahlarına görə alınan qisasdır.

Videoda daha bir Britaniya vətəndaşının öldürüləcəyi hədəsi də var.

Britaniyanın baş naziri David Cameron qatilləri tutmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

Sentyabrın 14-də o, ölkəsinin təhlükəsizlik qüvvələri ilə iclas keçirib.

ABŞ prezidenti Barack Obama Britaniyanın "İslam Dövləti"nə hücum planına qoşulmasına ümid edir.

Avstraliya isə beynəlxalq koalisiyaya 600 əsgər və 10 hərbi təyyarı göndərməyi planladığını bildirib. Bu koalisiyaya ABŞ, NATO və 10 ərəb dövləti daxildir.

TÜRKİYƏ "SƏSSİZ-KÜYSÜZ" HƏRƏKƏT EDƏCƏK

"Associated Press" xəbər verir ki, Türkiyə NATO-dakı müttəfiqlərinə İD-yə qarşı əməliyyatlar zamanı arxa cəbhədə səssiz hərəkət edəcəyini, türk hərbçilərinin əməliyyatda fəal iştirak etməyəcəyini bildirib.

Türkiyə NATO təyyarələrinin onun ərazisindəki hərbi bazadan qalxaraq İD yaraqlılarına qarşı zərbələr endirilməsi planına da razılıq verməyib.

Ankaranın vəziyyətini mürəkkəbləşdirən odur ki, Suriyada onlarla Türkiyə vətəndaşı, o cümlədən diplomatlar girov saxlanır.

İki uşaq atası, 44 yaşlı Haines Şotlandiyanın Pert şəhərindəndir və ACTED fransız humanitar yardım agentliyinin işçisi kimi çalışarkən ötən il oğurlanmışdı.

“Amerikanın müttəqfiqlərinə mesaj” adlandırılmış video Birləşmiş Krallığın baş naziri David Cameron-un İŞİD-in məğlub edilməsi naminə İraq hökuməti və kürd peşmərgə qüvvələri ilə əməkdaşlıq vəd edən çıxışı ilə başlanır.

Cəllad eyni şəxsdir?

İD yaraqlıları
İD yaraqlıları

Videoda qara geyinmiş maskalı şəxs ingiliscə Britaniya ləhcəsində Haines-in Cameron-un qərarına cavab olaraq öldürüldüyünü elan edir. Mətbuat bu şəxsin əvvəlki videolardakı cihadçı ilə bənzərlik təşkil etdiyindən yazır.

Videonun sonunda Alan Henning kimi təqdim olunan başqa şəxs nümayiş etdirilir və bəyan edilir ki, Cameron İŞİD-ə qarşı mübarizəsini davam etdirərsə, növbəti qurban məhz bu şəxs olacaq.

David Cameron bu qətli pisləyərək bildirib ki, qatilləri ədalət qarşısına gətirəcək.

“Bu, günahsız humanitar işçinin rəzil və dəhşətli qətlidir – deyib Cameron – Bu açıq-aşkar şər əməlidir”.

Videoda Haines-in özü də danışır və ölümündə David Cameron-u günahlandırır. Mətbuat xatırladır ki, bundan əvvəlki videolarda da iki amerikalı jurnalist eyni şəkildə Barack Obamanı günahlandırmışdılar.

İŞİD bombardman edilir

Amerika Birləşmiş Ştatları qoşunlar 2011-ci ildə İraqı tərk etdikdən sonra ilk dəfə olaraq avqust ayından hava zərbələrini bərpa edib.

Iraq -- Peşmərgə yaraqlıları ABŞ təyyarələrinin məhv etdiyi İD maşınının yanında, 18 avqust
Iraq -- Peşmərgə yaraqlıları ABŞ təyyarələrinin məhv etdiyi İD maşınının yanında, 18 avqust

ABŞ prezidenti Barack Obama Amerikanın müttəfiqlərini İŞİD-ə qarşı koalisiyada birləşməyə çağırıb.

Ötən həftə ABŞ təyyarələri İŞİD mövqelərinə 9 raket zərbəsi endiriblər. Zərbələr Hadisə su bəndini ələ keçirməyə çalışan cihadçıların qarşısının alınması üçün endirilib.

Yeri gəlmişkən, Haines-in ölümünü göstərdiyi iddia olunan videoda konkret olaraq bu raket zərbələrindən də danışılır.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, Britaniya hökuməti İŞİD-lə döyüşlərdə istifadə olunması üçün İraq hökumətinə ağır silahlar verib.

Bazar günü baş nazir David Cameron-nun sədrliyi ilə COBRA milli təhlükəsizlik komitəsinin təcili iclası çağırılıb.

XS
SM
MD
LG