Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:37

Vəkil: «Leyla Yunusun kamerasına ikinci bir cinayətkar yerləşdiriblər»


Leyla Yunus
Leyla Yunus

-

Vəkil Əlaif Həsənov sentyabrın 15-də Kürdəxanı təcridxanasında həbs edilmiş hüquq müdafiəçiləri Leyla Yunusaİntiqam Əliyevə baş çəkib. «Leyla Yunusun saxlanma şəraiti yolverilməzdir», deyə o, öz facebook səhifəsində yazıb.

«Onun kamerasına daha bir cinayətkar yerləşdiriblər, o da Nuridə Hüseynovanın Leyla Yunusa qarşı hücumlarına qoşulub.

Hər iki cinayətkar siqaret çəkir ki, bu da onsuz da təmiz hava çatışmazlığından əziyyət çəkən Yunusun sağlamlığı üçün böyük problemlər yaradır.

Cinayətkarlar hakim rejimi tərifləməklə və Leyla Yunusu dövlət əleyhinə fəaliyyətdə ittiham etməklə məşğuldurlar», deyə vəkil yazır.

Öz növbəsində, Penitensiar Xidmət Leyla Yunusun saxlanma şəraitinin yaxşı olduğunu iddia edir və ona qarşı fiziki və mənəvi təzyiq faktlarını təkzib edir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusov Ermənistanın xeyrinə casusluqda, vergi ödənişindən yayınmaqda ittiham edilərək həbs ediliblər. Lakin bu ittihamlar təsdiqini tapmayıb. Amnesty İnternational onları «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG