Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:31

Tarkovsky-nin tələbəykən çəkdiyi ilk film - Video


Andrei Tarkovsky, 1962
Andrei Tarkovsky, 1962

-

Rus rejissoru Andrei Tarkovsky cəmi 7 bədii film çəkib, az qala hamısı dünyaca məşhurdur.

Amma əslində onun başqa filmləri də var.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) tələbəsi kimi çəkdiyi filmlər. Bunların ən birincisi 1956-cı ilə aid “Qatillər”dir. Amerika yazıçısı Ernest Hemingway-in hekayəsi əsasında ekranlaşdırılıb.

Tarkovsky VGİK-ə daxil olanda Stalin dövrü bitmiş, ölkənin yeni rəhbərliyi daha yumşaq siyasət yürütməyə başlamış, külli miqdarda (əvvəllər qadağan olunmuş) xarici ədəbiyyat və filmin SSRİ-yə gətirilməsinə icazə verilmişdi.

Tarkovsky məşhur Mikhail Romm-un tələbəsi olmaq üçün ərizə verən 500 gəncdən biri idi. Və kursa yalnız 15 nəfər qəbul edilmişdi. O cümlədən Tarkovsky.

Romm VGİK-in başqa müəllimlərindən fərqli olaraq mühafizəkar deyildi, düşünürdü ki, rejissorluğu öyrətmək mümkün deyil. O, tələbələri düşünüb öz istedadlarını açmağın yolunu tapmağa həvəsləndirirdi.

“Qatillər”i 3 tələbə çəkmişdi. Onlardan biri də Tarkovsky idi. Amma o dövrü xatırlayanların hamısı deyir ki, “komandir” məhz Tarkovsky idi. (Ardı aşağıda).

Filmdə tələbələr çəkilib. Tarkovsky-nin özü də. Gənc rejissorlar ev-ev gəzib xarici içkilərin şüşələrini yığırdılar (kafe səhnəsi üçün)…

Tarkovsky-nin tələbəykən çəkdiyi digər iki filmə burda bax. Bütün bu filmlərdə onun kollektivçilik təfəkküründən qaçmaq, öz şəxsi rejissor baxışını ekrana gətirmək cəhdləri hiss olunur. İnstitutu qurtarandan sonra çəkdiyi məşhur filmlərində olduğu kimi…

XS
SM
MD
LG