Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:44

Xəzəryanı ölkələrin sammitinə görə Həştərxan küçələrinə yeni asfalt döşənib


Həştərxan
Həştərxan

-

Ast-news.ru («Həştərxan xəbərləri») saytı xəbər verir ki, Rusiya daxili işlər naziri Xəzəryanı Ölkələrin Sammitinə hazırlıq işlərini yoxlamaq üçün polis qurumları ilə toplantı keçirib. O, daha sonra Həştərxandakı «Durum Mərkəzi»nə baş çəkərək «Təhlükəsiz Şəhər» adlanan videomüşahidə sisteminin necə çalışdığını izləyib.

Sammit ərəfəsində görüş iştirakçılarının keçəcəyi küçələrə yeni asfalt döşənib və ətrafda abadlıq işləri aparlıb.

Həştərxan vilayəti hökumətinin göstərişinə görə, dünəndən (sentyabrın 28-dən) xüsusi təyinatlı maşınların keçəcəyi yollar bağlanıb. Sentyabrın 28 və 29-da səhər saat 7-dən gecəyarısınadək yük avtomobillərinin şəhərə girişi məhdudlaşdırılıb. Dünən – sentyabrın 28-də axşam saat 5-dən 6-dək «Sovetskaya» küçəsi də hərəkətə qapalı olub. Həmin müddətdə sammit iştirakçıları Həştərxan tatarlarının qəhrəman oğlu Curmangazi Sagırbayul-un abidəsi önünə əklil qoyurmuş.

XS
SM
MD
LG