Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Keçisaqqal şairlər...


Rüfət Səid Əhmədzadə
Rüfət Səid Əhmədzadə

-

Rüfət Səid Əhmədzadə

Şair, bu gecə yatmamısan, bilirəm...
Keçisaqqal şairlər
romantik şeirlərlə qız tutduğu zamanda
Sən bütün qadınları bir natamam,
amma realist şeirə qurban verməyi seçdin!
Hər şey bitdi,
Bütün macəraları başlamamış bitirdin,
Özün də itdin, şair...

Öküzbuynuz olmusan...
Heç xəbərin də yoxdur!
Aldadılırsan, şair!
Alçaldılırsan, şair!
Ələ salır səni anlamayanlar...
Sən də ancaq öz anladığın dildə yazırsan...
Məsələn, teleqram vurursan boşluğa...
“Bu gecə qisas gecəsidir” deyə.
Özün özünə meydan oxuyur,
Özün özünə dəstək göndərirsən...
Bir “SMS” də göndər...
Lap müsabiqə yarat,
Özünə səs ver, şair!

Bilirəm, bütün gecə yatmamısan...
Necə bu qədər qələbə qazandın,
Bəs niyə belə məğlub görünürsən?
Sən nümunəvi vətəndaşsan, şair!...
Krala nifrət edən,
Amma üsyan etməyən.
Şahzadə arzulayan...
Amma dilənçi dərdiylə yaşayan.
Sən elə potensial padşahsan, həm də şair!

Xalq üçün yazmaq
Xalq üçün boş-boş danışmaqdan necə fərqlənir?
Bir balon kürü üçün
İdeala tüpürən
Beynəlxalq müşahidəçi kimisən.
Bu gecənin seyri necəydi, şair?
Kim öldü,
Kim doğuldu?
Kimi dirildə bildin
Siqaret dumanında şaman kimi?!
Os....çısan, şair!

XS
SM
MD
LG