Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:12

AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsi Azərbaycandakı həbslərdən hiddətlənib


Avropa Şurası Parlament Assambleyasının Hüquq və İnsan haqları Komitəsi sentyabrın 30-da yekdilliklə bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Komitə Azərbaycanda QHT rəhbərlərinin və insan haqları müdafiəçilərinin son həbslərindən hiddətlənib.

Azərbaycan Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə , bir neçə həftənin içində 4 tanınmış, hörmətli vətəndaş cəmiyyəti fəalı həbs olunub – İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və Arif Yunus.

Anar Məmmədli, Bəşir Süleymanlı, Həsən Hüseynli isə artıq məhkum olunublar və uzunmüddətli həbs cəzası alıblar. Onların hamısı Avropa Şurası ilə yaxından əməkdaşlıq edirdi.

Komitə bu həbsləri və onların məhkum olunmasını tənqidi baxışlarına görə onlardan qisas alınması kimi qiymətləndirir.

Komitə Leyla Yunusun səhhətinin vəziyyətindən narahatdır.

Komitə Azərbaycan hakimiyyətini bu şəxsləri azad etməyə, başqalarını isə ədalətsiz cəzalandırmaqdan çəkinməyə çağırır. Komitə Azərbaycan hökumətini İnsan haqları üzrə Avropa Konvensiyası standartlarına riayət etməyə çağırır.

Bu konvensiya ifadə azadlığını, toplaşma azadlığını demokratik və plüaristik cəmiyyətin fəaliyyəti üçün zəruri hesab edir. Komitə təcili olaraq öz hesabatçısının Azərbaycan üzrə hesabatını gözləyir: “Azərbaycanın Avropa Şurasında sədrliyi:insan haqlarına riayət olunması məsələsinin axırı necə oldu?”

XS
SM
MD
LG