Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:18

Qayınata evində qətliam baş verdi


Arxiv foto
Arxiv foto

-

Goranboy rayonunda törədilmiş qətliamla bağlı maraqlı məqamlar üzə çıxıb. Bu barədə Lent.az-a Safıkürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev məlumat verib. Onun sözlərinə görə, Südabə Hüseynova qətliamı törədən Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub:

“Daha əvvəl 1 dəfə ailə həyatı quran Rafiq həyat yoldaşından boşandıqdan sonra 30 yaşlı Südabə Hüseynova ilə evlənib. İki ayın gəlini olan Südabə ailə münaqişə zəmində atası evinə qayıdıb. Arvadını evinə qaytarmaq məqsədi ilə qayınatasıgilə gələn Rafiq Südabəni evə dönməyə razı sala bilməyib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən qayınatası evinə üz tutub. Sonra isə məlum qətliam baş verib”.

R. Hüseynova kənd sakinləri arasında xoş münasibət olmasa da, Məmmədovlar ailəsi haqqında müsbət fikirlər bildirilir və zərərçəkmişlər kənddə hörmətli ailə kimi tanınır.

Bildirilir ki, Rafiqin qardaşı Şaiq Hüseynov bir neçə il əvvəl ailə münaqişəsi zəmində özünü asaraq intihar edib. Həmin vaxt (2005-ci ildə) arvadının onu tərk etməsinə dözə bilməyən Ş. Hüseynov özünü öldürüb. Bundan başqa kənd sakinləri R.Hüseynovun əyyaş və narkoman olması haqqında fikirləri qəbul etmirlər. Sakinlərin bildirdiyinə görə, Rafiq ancaq məclisdən-məclisə spirtli içki qəbul edib.

E.Həsənəliyev qeyd edib ki, Hüseynovlar 4 qardaş olub. Onun daha bir qardaşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum edilib. Rafiqə gəlincə, onun adı əvvəllər hər hansı cinayət əməlində hallanmayıb.

Qeyd edək ki, R.Hüseynovun qayınatası evinə tüfəng və qumbara ilə hücum etməsi nəticəsində onun həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 yaxın qohumu həlak olub.

XS
SM
MD
LG