Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:43

Bəstəkarla şairin öpüşü Qazaxıstanı bir-birinə vurub


Kurmangazy və Puşkin
Kurmangazy və Puşkin

-

Bu yay Qazaxıstanda reklamlar arasında 3-cü yeri tutan bir poster böyük ictimai narazılıq doğurdu, geylər əleyhinə əhvalı qızışdırdı.

Posterdə Rusiyanın məşhur şairi Puşkinlə Qazax bəstəkarı Kurmanqazy Sagyrbayuly dodaq-dodağa öpüşürlər.

Bu poster o qədər böyük qəzəb doğurdu ki, bir deputat hətta qan analizi götürməyi tələb edib ki, kimin homoseksual olduğunu DNK analizi ilə təyin etsinlər.

Posteri düzəldən reklam agentliyi Havasa qarşı bir neçə məhkəmə iddiası qaldırılıb. Agentlik qazax dəyərlərini alçaltmaqda ittiham olunur.

Bu iddilardan biri oktybarın 2-də məhkəmədə baxılmağa başlanıb. Reklam agentliyindən 186 min dollar məbləğində təzminat istənilir.

İddianı 34 nəfər qaldırıb. Onlar Kurmangazy adına konservatoriyanın müəllimləri və onun adına orkestrin üzvləridir.

Onların iddiası budur ki, Kurmangazy Qazaxıstanda pərəstiş olunan şəxsdir. Bu şəkil onu və ona pərəstiş edənləri təhqir edir.

HAVASIN İZAHI

Havas reklam agentliyi bu posteri Almatıdakı gey klubunun reklamı üçün hazırlayıb. Reklamda bir yumor da var.

Gey klub Puşkin və Kurmangazy küçələrinin kəsişdiyi yerdədir. Reklamda məhz buna işarə olunur.

Şairlə bəstəkarın öpüşməsi isə SSRİ lideri Brejnevlə Şərqi Almaniya lideri Honekkerin 1979-cu ildə Berlindəki məşhur öpüşünə ironiyadır.

Bəzi qazaxlar bu reklamı çox bəyənir və yaradıcılıq nümunəsi hesab edir. Onların fikrincə, yaradıcılıq azadlığına hamının haqqı var.

Leonid Brezhnev and Erich Honecker kiss
Leonid Brezhnev and Erich Honecker kiss

Ancaq Qazaxıstanda hakimiyyət belə fikirləşmir. Qazaxıstanın mədəniyyət naziri Arystanbek Mukhamediuly posteri qeyri-insani hesab edir və cinayət adlandırır.

Nazir Tengri xəbər agentliyinə deyib ki, insanların belə zəifliyi varsa, bu, onların problemidir. Ancaq bunu təbliğ etmək, özü də tanınmış şəxslərin şəkillərindən istifadə etmək yolverilməzdir.

Nazir reklamı düzəldənləri məhkəməyə cəlb edəcəyini deyir. Baxmayaraq ki, Havas agentliyi üzr istəyib.

Növbədə hələ Kurmangazynın nəvə-nəticəsi var. Onlar da məhkəmə iddiası qaldırır.

Kurmangazynın nəslindən olduğunu iddia edən Nurken Khalykbergen Havasa qarşı məhkəmə iddiası qaldırdı ki, onun ulu babasını niyə təhqir ediblər. Ancaq məhkəmədə o, Kurmangazynın birbaşa nəslindən olduğunu sübut edə bilmədi və iddiasına baxılmadı.

Avqust ayında Almatı merinin ofisi agentliyi məhkəməyə verdi ki, mənəvi normaları və davranış qaydalarını pozub.

Qazaxıstanda homoseksuallıq 1998-ci ilə kimi cinayət hesab olunurdu, 16 il qabaq onu cinayət məcəlləsindən çıxartdılar.

İndi Kommunist partiyası təklif edir ki, homoseksuallığa görə yenə cəza tətbiq olunsun.

Bolaşak millətçi hərəkatının lideri Dauren Babamuratov təklif edir ki, “degeneratlığı müəyyınləşdirmək üçün adamlardan DNK testi götürülsün”. O, homoseksuallığı degeneratlıq hesab edir.

QIRAQDAN NƏ DEYİRLƏR?

Human Rights Watch təşkilatından Mihra Rittman deyir ki, “bu poster provokativdir, buna şübhə yox, ancaq belə provokasiya azad ifadənin qanuni tərkib hissəsidir”.

Onun fikrincə, “Qazaxıstan hakimiyyəti ifadə azadlığını təmin etməlidir, mədəniyyət maskası arxasında gizlənən homofobiyanın qələbə qazanmasına imkan verməməlidir”.

Posterin şöhrəti gedib Rusiyaya da çatıb. Millətçi Rodina partiyası Qazaxıstandakı məhkəmə iddialarına dəstək verir.

Rodina hesab edir ki, böyük şairin və bəstəkarın ruhunu incidənlər cəzalanmalıdır.

XS
SM
MD
LG