Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Fəaliyyət Planı noyabrın 14-də Brüsseldə imzalanacaq


AB «üçlüyü»nün Bakı səfəri, 3 oktyabr 2006
AB «üçlüyü»nün Bakı səfəri, 3 oktyabr 2006
Bakı Avropa Birliyi (AB) Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını noyabrın 14-də Brüsseldə imzalayacaq. Bu haqda razılıq AB «üçlüyü»nün Bakı səfəri zamanı əldə olunub. Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, tərəflər arasında bütün məsələlər razılaşdırılıb.

AB-nin xarici əlaqələr və genişlənmə üzrə komissarı Benita Ferrero Valdner isə deyir ki, Fəaliyyət Planı tərəflərə müxtəlif sahələrdə, o cümlədən, demokratiya, məhkəmə və başqa sahələrdə əməkdaşlığa imkan yaradacaq: «Avropa Birliyi öz təcrübəsini Azərbaycanla bölüşmək istəyir».


AB-nin komissarı noyabrda həmçinin Avropa Birliyi ilə Azərbaycan hökuməti arasında enerji məsələləri ilə bağlı anlaşma memorandumunun imzalanacağını da deyir: «Avropa Birliyinin layihələrində və proqramlarında iştirakdan başqa, enerji məsələlərində marağımız var. Biz memorandumla bağlı bütün məsələləri razılaşdırmağa çalışırıq ki, prezident və Xarici İşlər naziri Brüsselə gələndə sənəd imzalansın. Bu Fəaliyyət Planından ayrı sənəddir. Amma Fəaliyyət Planı belə bir sənədin imzalanmasına da şərait yaradır».


Avropa Birliyi Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı ilə bağlı Azərbaycanla bağlı danışıqlar 2005-ci ildə başlamışdı


XS
SM
MD
LG