Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:24

«Ebola»nın 20 günə Fransaya gəlmə ehtimalı 75 faizdir


-

Ebola xəstəliyi oktyabrın 24-nə Fransaya gəlib çıxa bilər, bunun ehtimalı 75 faizdir.

Britaniyanın Lancaster universitetinin alimləri indiki hava yolları ilə sərnişin daşımaları əsasında hesablayırlar ki, oktyabrın 24-nə Ebola xəstəliyinin Britaniyaya gəlib çıxması ehtimalı isə 50 faizdir.

Mart ayından bəri Qərbi Afrikada Ebola xəstəliyindən 3400 adam ölüb. 7200 adam isə xəstədir.

Xəstəliyin növbəti ünvanının Fransa ola biləcəyi ağlagələn variantlardan biridir. Çünki xəstəliyin yayıldığı Qvineya, Syerra Leone və Liberiya fransızdilli ölkələrdir və bunlardan Fransaya gediş-gəliş böyükdür.

Britaniya isə ən böyük nəqliyyat qovşağıdır.

Siyahıda daha hansı ölkələr var? Ehtimal nə qədərdir? Bütün bunlar PLOS jurnalında dərc olunur və daima yenilənir. Siyahıda 30 ölkə var. Onlar arasında Azərbaycan kimi ölkələrin adı yoxdur.

Lancaster Universiteti alimlərinin hesablamasına görə, xəstəliyin Belçikaya gəlib çıxması ehtimalı 40 faizdir. Ebolanın İspaniya və İsveçrəyə gəlməsi ehtimalı isə 14 faizdir.

Ümumdünya Səhiyyə təşkilatı sərnişinlərin hərəkətinə hələlik heç bir məhdudiyyət qoymayıb, Ancaq British Airways və Emirates Airlines bəzi uçuşları ləğv edib.

Ebola xəstəliyin inkubasiya dövrü 21 gündür. Bu dövrdə xəstəlik heç bir əlamət olmadan inkişaf edə bilər.

XS
SM
MD
LG