Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:34

Nobel Sülh Mükafatı 2 nəfərə verildi


Kailash Satyarthi və Malala Yousafzai
Kailash Satyarthi və Malala Yousafzai

-

Nobel Sülh Mükafatı hindistanlı Kailash Satyarthi və pakistanlı Malala Yousafzai-a verilib.

Norveç Nobel Komitəsinin sədri Thorbjorn Jagland oktyabrın 10-da Norveç Nobel İnstitutundakı çıxışında deyib ki, mükafat həmin şəxslərə «uşaqların və gənclərin əzilməsinə qarşı və bütün uşaqların təhsil hüququ uğrunda mübarizəyə» görə verilib. Uşaqlar məktəbə getməlidirlər və onları maddi baxımdan istismar etmək olmaz».

Norveç Nobel Komitəsinin məlumatında deyilir ki, Gandhi-nin ənənələrini davam etdirən Kailash Satyarthi müxtəlif etiraz və nümayişlərə rəhbərlik edib. Həmin dinc aksiyalarda uşaqların maddi qazanc üçün istismarına etiraz olunub və uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaların inkişafına töhfə verilib.

Pakistanlı Malala Yousafzai isə illərlə qızların təhsil hüququ uğrunda mübarizə aparıb. «Taliban» onu başından yaralayıb.

168 MİLYON UŞAQ İŞLƏYİR

Komitə bildirir ki, dünyanın yoxsul ölkələrində əhalinin 60%-nin yaşı 25-dən azdır.

Nobel Komitəsi hindistanlı uşaq hüquqları müdafiəçisi və Pakistandan olan müsəlmanın təhsil uğrunda və ekstremizmə qarşı birgə mübarizəsini alqışlayır:

«Beynəlxalq ictimaiyyətin xeyli üzvü və institutlar bu işə öz töhfələrini veriblər. Hesablamalara görə, dünyada 168 milyon uşaq işləyir. 2000-ci ildə bu rəqəm indikindən 78 milyon nəfər çox idi. Dünya getdikcə uşaq əməyinə son verməyə yaxınlaşır».

XS
SM
MD
LG