Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Fransa prezidenti Qarabağ üçün böyük sülh sazişinin tərtibinə başlamağı təklif edir (Video)


Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti ilə görüşü
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti ilə görüşü

.

FRANSA PREZİDENTİ BÖYÜK SÜLH SAZİŞİNİN TƏRTİBİNƏ BAŞLAMAĞI TƏKLİF EDİR

APA informasiya agentliyinin məlumatına görə Fransa prezidenti Azərbaycan və Ermənistandan olan həmkarlarına irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib. Həmçinin Ermənistan və Azərbaycan prezidentləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

Oktyabrın 27-də axşam saatlarında keçirilmiş görüş barədə Yelisey Sarayının rəsmi saytına istinadla agentlik yazır:

"Francois Hollande Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib.

O, hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O, irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.

Azərbaycan və Ermənistan prezidentləri BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivısində görüşməklə, danışıqları davam etdirmək haqqıda razılığa gəliblər.”

Müzakirələrə ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi də daha sonra görüşə qatılıblar.

PREZİDENTLƏR GÖRÜŞÜB

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serzh Sarkisanın təkbətək görüşü olub.

APA informasiya agentliyinin məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.

***

3 PREZİDENT QARABAĞI MÜZAKİRƏ EDİR

Oktyabrın 27-də Parisdə Fransa prezidenti Francois Hollande ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

apa-nın məlumata görə, Hollande Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.

Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Fransa prezidenti Francois Hollande (solda) həmkarı İlham Əliyevi qarşılayarkən, paris, 27 oktyabr 2014
Fransa prezidenti Francois Hollande (solda) həmkarı İlham Əliyevi qarşılayarkən, paris, 27 oktyabr 2014

Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı “status-kvo”nun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan prezidenti ilə görüşdən sonra Hollande Ermənistan prezidenti Serzh Sarkisian-ı qəbul edib.

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin üçtərəfli görüşü isə Bakı vaxtilə saat 22:00-da başlamalıdır. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

2014-cü ildə Azərbaycan və Ermənistan prezidentləri üçüncü dəfədir ki, görüşür.

Paris görüşündən əvvəl verilən məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü də nəzərdə tutulub.

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun qızı Dinara Yunusova isə Hollande-yə müraciət edib ki, Əliyevdən onun həbsdə olan ata və anasının azadlığa buraxılmasını istəsin.

XS
SM
MD
LG