Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

Elmar Məmmədyarov Azərbaycanın 6 ayda gördüyü işlərin hesabatını verəcək


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

“Bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir və hal-hazırda Cənubi Qafqazın iqtisadiyyatının ümumilikdə 80 faizdən çoxu ölkəmizin payına düşür. Əhəmiyyətli neft və qaz resursları, eləcə də regional nəqliyyat mərkəzi kimi əsas mövqe Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfələrini daha da artırmağa imkan verir.”

Bu fikirləri Avropa Şurasının Nazirlər Komitəsinin sədri və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair beynəlxalq konfransında səsləndirib.

XİN Beynəlxalq İnkişafa Yardım Agentliyinin 20-dən çox ölkədə müxtəlif yardım proqramı həyata keçirdiyini qeyd edən E.Məmmədyarov Azərbaycanın dünyada yardıma ehtiyacı olanlara dəstəyi mənəvi məsuliyyəti olduğunu bildirib.

"Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə mən Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm."

E. Məmmədyarov çıxışında Avropa Şurasının siyasətinin qonşu regionlarda tanıdılmasında Azərbaycana sədrliyinin verdiyi üstünlüklərdən yararlandığını qeyd edib. Nazir sədrlik müddətində tərəfdaş ölkələrlə birgə əhəmiyyətli əməkdaşlıq proqramlarının həyata keçirildiyini vurğulayıb.

Avropa və onun ətrafında stabilliyin təmin olunmasından ötrü mübarizənin artırılmalı olduğunu da bildirən E.Məmmədyarov eyni zamanda qonşuluq siyasətinə əlavə dəyər biləcək mədəniyyətlərarası dialoqlarla bağlı müzakirələrin əhəmiyyətindən danışıb.

XS
SM
MD
LG