Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:37

Türkiyədə minimum əməkhaqqı 328 manat olacaq


Foto: Arxiv
Foto: Arxiv

-

Türkiyə mediası hökumətin gələn il minimum maaşları artırmaq qərarı barədə xəbər yayıb.

Habertürk-ün məlumatına görə, 2015-ci ilin dövlət proqramında nisyə (vergi çıxılmayan) minimum əməkhaqqı 1203, nağd əməkhaqqı isə 947 lirəyə (7 noyabra olan kursla 328 manata) çatdırılacaq. Bu, 2014-cü ilə nisbətdə 6 faizlik artım deməkdir. Minimum maaş artımı ilin əvvəlində və yarımil tamamlanandan sonra hər dəfə 3 faizlik əlavələrlə gerçəkləşdiriləcək.

Türkiyə əsas həmkarlar təşkilatlarından birinin – «Türk İş»in rəhbəri Ergün Atalay nəzərdə tutulan artımın həyat şərtlərinə cavab vermədiyini vurğulayıb:

«Bu artım faizinin danışılası və bəyəniləsi heç bir tərəfi yoxdur. Planlama aparanlar, fikrimcə, həyat şərtlərindən bixəbər yaşayırlar. Günə 1 lirə maaş artımı işçiyə rəva görülməməlidir və biz buna qarşıyıq».

Azərbaycanda minimum əməkhaqqı 105 manatdır.

XS
SM
MD
LG