Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:16

Müstəqil teatr nazirlə görüş istəyir


-

Azərbaycanın yeganə müstəqil teatrı olan “Oda”nın heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edərək görüş istəyib.

Teatrdan OxuZalına verilən məlumata görə, məqsəd nazirə teatrın üzləşdiyi problemlər haqda danışmaqdır.

Müraciətdə deyilir:

"Cənab nazir!

Məlum olduğu kimi Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, aşıq Yadigar Muradov “Oda” Teatrını məhkəməyə verib və məhkəmə iddiasına görə teatrımızdan 20 min manat məbləğində təzminat istəyir.

“Oda” ölkənin yeganə müstəqil teatrıdır ki, bu teatra maliyyə yardımı ayrılmır və teatrımız yarandığı gündən indiyədək daima maddi çətinliklərlə üzləşir.

Əgər məhkəmə iddianı qəbul edərsə və bizə cərimə kəsərsə bizim bu məbləği ödəməyə imkanımız olmayacaq və nəticədə teatrımızın bağlanmasına gəlib çıxacaq.

Teatrın bağlanması isə ölkədə mədəniyyətin inkişafına mənfi təsir edəcək. Bundan əlavə biz teatr olaraq bu iddianı əsassız və qərəzli hesab edirik.

İddiada qaldırılmış problem Elitar.Az saytına dərc olunan bir şikayət məktubundan söhbət açılır. Teatrımızın isə adıçəkilən yazı ilə heç bir əlaqəsi yoxdur. Bütün bu baş verən problemlərlə əlaqədar sizinlə görüşmək və problem barədə sizə ətraflı məlumat vermək istəyirik.

Sizə müraciət etməyimizin səbəbi isə adıçəkilən şəxsin Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqəli olması və aldığımız məlumatlara görə, Yadigar Muradovun bizi məhkəməyə verməsinin arxasında nazirlik işçilərindən bir neçəsinin olmasıdır. Məhz buna görə sizdən görüş istəyirik.

Ümid edirik ki, teatra qarşı qaldırılmış bu məhkəmə iddiasının geri götürülməsində sizin hər hansı addımınız olacaq”.

Qeyd edək ki, Şuşa Teatrının direktoru bir müddət öncə “Oda” Teatrının rəhbəri, jurnalist Elmin Bədəlova qarşı məhkəmə iddiası qaldırıb. Daha sonra isə həmin iddianı “Oda” Teatrına qarşı yönəldib. İddiada Elitar.Az saytında gedən yazının aşıq Yadigar Muradova mənəvi ziyan vurduğu vurğulanırb.

XS
SM
MD
LG