Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:54

Johannes Hahn Azərbaycan barədə: «Siyasi məhbuslar Avropa Birliyi üçün qəbuledilməzdir»


Johannes Hahn
Johannes Hahn

-

Avropa Birliyinin Qonşuluq və Genişlənmə Komissarı Johannes Hahn Azadlıq Radiosuna eksklüziv müsahibə verib.

Müxbir Rikard Jozwiak soruşub ki, “Siz siyasi məhbusların azad olunması üçün Azərbaycana təzyiq etmək fikrindəsinizmi?”

Johannes Hahn: Bu, elə məsələdir ki,biz görüşlərdə həmişə buna toxunuruq, çünki bu, Avropa Birliyi üçün qəbuledilməz vəziyyətdir.Ancaq Avropa Birliyi daxilində bəzi iş adamları Birliyi bu məsələlərə toxunduğuna görə tənqid edir. Onlar Çini misal gətirirlər ki, heç vaxt müdaxilə etmir. Ancaq mənim fikrimcə, bizim uğurumuzun bir səbəbi insanlara azadlığın, ifadə azadlığının , özlərini inkişaf etdirməyə imkan verilməsinin təmin olunmasıdır.

Azadlıq Radiosu: Sizin Ermənistanla bağlı strategiyanız nədir? Burda adamların əksəriyyəti Avropa Birliyinə tərəfdardır, ancaq hökumət Rusiyanın başçılıq etdiyi Avarasiya Birliyinə qoşulmaq qərarını verir. Avropa Birliyi ilə Assosiasiya Sazişi olmadan Azad Ticarət sazişi bağlamaq olarmı?

Johannes Hahn: Hər şey müzakirə olunur. Mən keçən həftə Ermənistanın iqtisadiyyat naziri ilə yeni vəziyyəti müzakirə etdim. Bizimlə əməkdaşlığı necə təşkil etməyi müəyyənləşdirmək bizim tərəfdaşların özlərindən asılıdır.

Əlbəttə, bizim də öz qaydalarımız, şərtlərimiz var. İndiki məqamda biz baxmalıyıq ki, yeni durumda öz əməkdaşlığımızı necə qura bilərik. Biz əməkdaşlıqda maraqlıyıq və vəziyyətin həssaslığını dərk edirik. Ancaq mənim fikrimcə, adekvat əməkdaşlıq üsulu tapılsa, bu, nəinki Ermənistan, həm də başqaları üçün məqbul olacaq.

XS
SM
MD
LG