Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:41

Vasif Talıbov arpa əkilməsi barədə tapşırıq verib...


Foto: Arxiv
Foto: Arxiv

-

«Şərq qapısı» - 13.11.2014

Muxtar respublikada payızlıq taxıl əkini davam etdirilir

…Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov «Bərəkət» Toxumçuluq Təsərrüfatının taxıl sahəsinə gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev payızlıq taxıl əkininin gedişi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, artıq bir neçə gündür, muxtar respublikada payızlıq taxıl əkini həyata keçirilir. Bu günədək 10 min hektar sahədə şum aparılmışdır. Şum aparılan ərazinin 5600 hektarında buğda, 1400 hektarında isə arpa əkilmişdir. Taxıl əkini şırım üsulu ilə aparılır və hər hektara 180 kiloqram olmaqla buğda toxumu əkilir. Şırım üsulunun tətbiqi məhsuldarlığı yüksəldir, suvarma suyundan qənaətlə istifadəyə və torpaqların şoranlaşmasının qarşısının alınmasına imkan yaradır.

Ali Məclisin Sədri gələcəkdə əkin sahələrində qapalı suvarma şəbəkəsinin qurulması, payızlıq taxıl əkininin vaxtında başa çatdırılması, yaz əkin mövsümündə «Bərəkət» Toxumçuluq Təsərrüfatının sahələrində arpa əkilməsi barədə tapşırıqlar vermişdir.

Kəndlərin inkişafında Naxçıvan Muxtar Respublikasının əldə etdiyi təcrübə nümunə gücündədir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması aparılan abadlıq-quruculuq işlərindən, yaradılan müasir infrastrukturdan asılıdır. Belə ki, kəndlərin tamamilə qazlaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi, internetdən istifadə, tele­viziya yayımlarının həyata keçirilməsi insanların rahat yaşayışına və əhalinin daha sıx məskunlaşmasına səbəb olur.

Bu gün muxtar respublikanın kəndlərində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında onlarla müasir məktəb binaları tikilərək istifadəyə verilib. Burada şagirdlərin müasir dövrün tələbləri səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılıb. Ali Məclisin Sədri dəfələrlə qeyd edib ki, təhsil hər bir ölkə­nin həyatında vacib sahədir. Ona görə də ölkənin gələcəyini təmin etmək üçün vətənpərvər və təhsilli gənclik yetişdirmək lazımdır. Bu gün ölkəmizdə gənclərin təhsil alması üçün lazımi şərait yaradılır, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Yaradılan şərait isə qarşıya mühüm vəzifələr qoyur. Bu gün məktəblərin üzərinə düşən əsas vəzifə təhsil verməklə yanaşı, həm də gənclərimizə müstəqil qərarlar qəbul etməyi öyrətməkdir. Çünki hər bir gənc qabiliyyətinə və həvəsinə görə ixtisas seçir, gələcək həyatını bu ixtisaslara dərindən yiyələnməklə qurur.

XS
SM
MD
LG