Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:37

"Qızımı həkimlər öldürdü"


-

"Guya araşdırdılar... Üzə də heç nə çıxartmadılar. İşi ört-basdır elədilər".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Saatlı rayonunun Qaralar kənd sakini Rəna Səfərova deyir. O, bu ilin əvvəlində qızı Arzu Səfərovanın doğuş zamanı həkimlərin səhlənkarlığı üçündən öldüyünü deyir.

"QIZIMIN ÖLÜMÜNDƏ HƏKİMLƏR GÜNAHKARDIR"

Ana qızının ölümündə Saatlı rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin sabiq müdirini və həkimlərini günahlandırır.

Şikayətçi:

“Qızım həmin gün küt ağrılar hiss edirdi. Xəstəxanaya apardıq ki, müayinə olunsun. Doğum şöbəsinin müdiri Arzu Əsədova işdə deyildi. Zəng vurduq, gəldi. Qızımı bir otağa saldı, saatlarla qapı arxasında qaldıq. Məni otağa buraxanda qızımın vəziyyəti ağır idi. Şöbə müdiri dedi, Sabirabada zəng vurmuşam, indi başqa həkim də gələcək".

MAMA-GİNEKOLOQ İŞDƏN AZAD EDİLİB

Ananın sözlərinə görə, xəstəxananın başqa həkimləri dada yetişənədək gec olub - Arzu artıq keçinibmiş...

Baş Prokurorluğun mətbuat xidməti bu barədə məlumat yayıb ki, ana ölümü ilə bağlı fevralın 22-də Saatlı rayon prokurorluğu Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası isə bu ölüm faktı ilə bağlı məlumat yayıb ki, doğum şöbəsində tibbi yardımın göstərilməsində mama-ginekoloq Arzu Əsədova nöqsanlara yol verdiyinə görə görə tutduğu vəzifədən azad edilib.

XS
SM
MD
LG