Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:45
Turxan Kərimov: "Rəis nə yazdığımla maraqlandı"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Turxan Kərimovun polisə aparılması və ondan sonra baş verənlərin xronikası

Noyabrın 28-də AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov mülkigeyimlilər tərəfindən saxlanaraq polis şöbəsinə aparılıb. Polis rəisi jurnalistlə söhbət edəndən sonra onu buraxıblar. Növbətçi Turxan Kərimovla hansı mövzuda profilaktika aparılmasına aydınlıq gətirməkdən imtina edib. Məsələ getdicə DİN-in AzadlıqRadiosuna, Ağ Evin Bakıya, Bakının da Vaşinqtona ittihamlarına qədər böyüyüb.

AzadlıqRadiosu hadisə ilə bağlı məlumatları daim yenilədiyindən ən son xəbərlər bloqun əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla daha öncə gedən xəbərlərlə tanış ola bilərsiz.

15:15 28.11.2014

Mövzu ilə əlaqədar:

Vaxtilə AzadlıqRadiosu Azərbaycanda mülkigeyimli şəxslər barədə videoreportaj hazırlamışdı. Turxan Kərimovla bu gün baş verən olayda da mülkigeyimlilər ön plana çıxdı.

20:33 28.11.2014

Daxili işlər naziri Ramil Usubova

"...Biz əmin olmaq istəyirik ki, Nərimanov rayon 18-ci polis bölməsinin rəhbəri qeyri-rəsmi polis həmrəyliyinin təzahürü kimi vaxtilə yol polisinin gizli videosunu çəkən Turxan Kərimovdan qisas almır." AzadiqRadiosunun general-polkovnik Ramil Usubova müraciətində belə deyilir. Sual olunur ki, polis rəisinin mülki geyimlilər vasitəsilə jurnalisti oğurlatdırıb öz kabinetində onu səbəbi məlum olmayan sorğu-suala çəkməyi nə dərəcədə polis haqqında qanuna uyğundur? Ətrfalı burada oxu

Davamı

XS
SM
MD
LG