Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:50

Leyla Yunus mülki həkimlərdən imtina edib


Leyla Yunus
Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus İnsan hüquqları üzrə Birgə Qrupun üzvləri ilə görüşməkdən imtina edib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən qrupun üzvü Səadət Bənəniyarlının dediyinə görə, hüquq müdafiəçisi onlarla bərabər təcridxanaya gedən mülki həkimlərdən də imtina edib:

«Kamerada görüşmək istədik. İçəri girəndə gördük ki, uzanıb. Bizi görən kimi üzünü divar çevirdi. Bizimlə bərabər 9 həkim də var idi: terapevt, oftalmoloq, virusoloq, endokrinoloq və s. Hamısı onun xəstəlikləri ilə bağlı mütəxəssislər idi. Həkimlər özləri ilə müayinə üçün avadanlıqlar götürmüşdü. Həkimlərin hamısı qadın idi və onların arasında Ədliyyə Nazirliyinin Tibbi Xidmətinin əməkdaşları yox idi. Leyla Yunus həkimlərinin müayinəsindən qəti imtina edərək, onların getməsini tələb etdi. Bununla bağlı həkimlər müvafiq akt tərtib ediblər».

Leyla Yunus və əri Arif Yunus casusluq, maliyyə cinayətlərində ittiham olunur. Bu günlərdə həbsxanadan göndərdiyi məktubda Yunus mənəvi işgəncəyə məruz qaldığını yazırdı. Penitensiar Xidmət onun kamerasına yalnız həkimlərin girdiyini bildirərək təzyiqlər barədə deyilənləri yalan adlandırıb.

Penitensiar Xidmət daha öncəki açıqlamalarında bütün məhbuslara eyni şərait yaradıldığını bildirirdi.

XS
SM
MD
LG