Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:42

Yazarlar gizli sirləri açırlar. Necə? Konspirologiyanın köməyi ilə... [Dinlə]


Foto: Arxiv
Foto: Arxiv

-

Bəzi oxucular «konspiroloji ədəbiyyat» deyimini eşidərkən dodaq büzür, bu ədəbiyyatı ciddiyə almırlar. Amma belə ədəbiyyata bağlı və ona aludə olanlar da az deyil.

Azərbaycanda ilk konspiroloji əsərin müəllifi Həmid Herisçi deyir ki, konspirologiya sirlər açır, bizi yönəldən gizli qüvvələri ortaya çıxarır.

Bəs görəsən, başqa yazar və ədəbiyyatşünaslar bu barədə nə düşünürlər? Konspiroloji ədəbiyyata ciddi ədəbiyyat kimi baxılmalıdır, yoxsa ədəbiyyata dəxli olmayan xəyal məhsulu kimi?

«Pen Klub»dakı müzakirəyə yazıçı-konspiroloq Həmid Herisçi, tənqidçi Əsəd Cahangir, filosof Niyazi Mehdi və başqaları da qatılıblar.

XS
SM
MD
LG