Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Mijatovic hakimiyyətin Azadlıq radiosuna basqısını ittiham edir


ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic xüsusi bəyanat verərək Bakıda Azadlıq Radiosuna polis reydini ittiham edib və Azərbaycan hakimiyyətini ölkədə azad medianın gözünü qorxutmağı dayandırmağa çağırıb.

Mijatovic deyib ki, polis reydi və büronun möhürlənməsi Azərbaycanda azad mediaya və söz azadlığını yeni sərt zərbədir.

Mijatovicin fikrincə, 2014-cü il Azərbaycanda media azadlığında kəskin eniş ili olub. Onlarla media nümayəndəsi həbsdədir.

Mijatovic hesab edir ki, hakimiyyət Azadlıq Radiosuna öz işini bərpa etməyə imkan verməlidir və ölkədə tənqidi səslərin mövcudluğunun keşiyoində dayanmalıdır.

XS
SM
MD
LG