Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:46

İrishtimes: «Leviathan filmi Rusiyada qəzəb doğurmağa başlayıb»


Dünya İqtisadi Forumu (Arxiv foto)
Dünya İqtisadi Forumu (Arxiv foto)

-

20 yanvar Qərb mediasının icmalı

DAVOS PROQNOZLARI: İTİRƏN KİM, QAZANAN KİM

Reuters agentliyi bu həftə Davosda keçiriləcək forumdan yazır. Yanvarın 21-24-də Dünya İqtisadi Forumunda (WEF) 1.500-dən çox biznes lideri və 40 dövlət və hökumət başçısı iştirak edəcək. Başbilənlər böyük məsələləri, neftin qiymətindən tutmuş İnternetin gələcəyinədək bir çox mövzuları götür-qoy edəcəklər.

«Dağ havası inamlı bəyanatlara yol açır, ancaq Davosda verilən proqnozlar son illər xeyli qarışıq olub,» müəllif Ben Hirschler yazır. Məsələn, ötən ilin yalançı proqnozlarına baxaq. Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda deyib ki, ölkəsində durum «tamamilə dəyişib». Üstündən 12 ay keçib, yapon iqtisadiyyatı hələ də geriləyir.

Üstəlik Rusiyanın Krımı işğal edəcəyi, İslam Dövləti silahlı qruplaşmasının güclənəcəyi, neftin barelinin 50 dollara düşəcəyi ötən il heç kəsin ağlına gəlməmişdi.

2004-cü ildə Microsoftun yaradıcısı Bill Gates açıqca söz verdi ki, iki ilə dünyanı spam emaillərdən xilas edəcək. «Dünyanın 3 milyardlıq İnternet istifadəçisi hələ də gözləyir,» Reuters yazır və əlavə edir ki, 2.500 iştirakçının çoxu üçün bu tədbir nəinki dəqiq proqnozlar vermək üçün deyil, görüşlər keçirmək, ideyalar mübadiləsi aparmağa yaxşı fürsətdir.

«LEVİATHAN»​ ​RUSİYADA QƏZƏB DOĞURMAĞA BAŞLAYIB

İrishtimes.com yazır ki, Rusiyadan Oscar mükafatına nominasiya edilmiş «Leviathan» filmi artıq ölkə daxilində bəzi dairələrin qəzəbini doğurub. Onun sərhədləri aşdığı, qeyri-vətənpərvər olduğu söylənir və pislənir. Əsərin qəhrəmanı Kolya dəniz kənarında yerləşən evinin sökülməsinə etiraz edir, Rusiya sistemi ilə mübarizə aparır, hüquqlarını bərpa etməyə çalışır. Film Oscar-ın Ən Yaxşı Xarici Film nominasiyasına təqdim olunub. Filmin bütün qəhrəmanları – mexanik Nikolay, ona xəyanət edən arvadı, amansız mer, korrupsioner polis, hamı vodkanı butulkadan aşırır.

Rejissor Andrey Zvyagintsev
Rejissor Andrey Zvyagintsev

Andrey Zvyagintsev-in «Leviathan» filmini Amerikada yayan Sony Pictures Classics rəsmisi deyib ki, bu film «Dostoevsky ilə Xaç Atasının qarışığıdı».

«Leviathan» Kann film festivalında ən yaxşı ssenariyə görə, London Film Festivalında ən yaxşı film kimi, Los Angelesdə isə Qlobal Qızıl mükafatlarına layiq görülüb.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinsky ötən həftə deyib ki, «Leviathan» kilsənin ümidsiz təsvirinə görə bağışlana bilər, baxmayaraq ki, istedadlı rejissor Zvyagintsev beynəlxalq tərif qazanmaq üçün Rusiya barədə Qərb stereotiplərinin tələsinə düşüb. Qeyd edək ki, film Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilib. Hələlik Rusiyada kinoteatrlara buraxılmasa da, Oscara namizədliyinin verilməsi debatları qızışdırıb. Rusiya həyatını belə kəskin təsvir edən filmin ölkə kinoteatrlarında göstərilməsi barədə mübahisələr yaranıb.

Yekaterinburqun meri Yevgeny Roizman «hə» deyir və cəsarət və səmimiyyətə görə «Leviathan»-ı alqışlayıb. Rusiya ortodoks fəalı Kirill Frolov isə əleyhinədir: «Leviathan şərdir və kinoteatrda şərə yer yoxdur,» o, facebook səhifəsində yazıb.

Filmin çəkildiyi Teribek şəhər administrasiyasının rəhbəri Tatiana Trubilina deyir ki, belə bir şişirdilmiş dərəcədə sərt filmə baxmağın mənası yoxdur. «Elə fikir yaranır ki, hamımız əxlaqsız alkoqol düşkünləriyik,» o, agentliklərə deyib.

Belə bir fikir də dolaşır ki, «Leviathan»-ın uğuru Qərbin anti-Putin ssenarisinə bağlıdır. Yəni ABŞ-ın məxfi xidmətləri Rusiyada narazılıq yaratmaq üçün «Leviathan»-ı reklam edirlər, bunu Kremlyönlü Komsomolskaya Pravda yazır.

Medinsky nazirliyin filmə pul ayırmasına təəssüflənir, ancaq senzura əleyhinə olduğunu deyir və bildirir ki, onu Rusiyada qadağan etməzdi.

«Ancaq nazir yenidən də düşünə bilər. Nazirlikdəki anonim mənbələr İnterfaksa deyib ki, rəsmilər "milli mədəniyyətə kölgə salan, milli birliyə zərbə vuran» filmlərin yayılmasını qadağan edəcək qaydalar üzərində düşünürlər,» İrish Times yazır.

TACİKİSTANDA TÜRK MƏKTƏBLƏRİ BAĞLANIR

Fethullah Gulen
Fethullah Gulen

Özbəkistan, Türkmənistan və Azərbaycandan sonra Tacikistanda da türk liseyləri bağlanmaq üzrədir. Silkroadreporters.com saytı belə yazır.

«Baxmayaraq ki, hakimiyyət məktəblərin bağlanmasını ancaq lisenziya məsələsi ilə əlaqələndirir, təhlilçilərin fikrincə, hökumət bu məktəblərin ABŞ-da yaşayan filantropist Fethullah Gulen-in təsir dairəsini genişləndirməsindən narahatdır,» müəllif Nadin Bakhrom yazır.

Hökumət Türkiyənin Shelale şirkətinin təhsil lisenziyasını uzatmayıb. Bu şirkət altı liseyi idarə edir. 1992-ci ildən Tacikistanda fəaliyyətə başlayan şirkət 2013-cü ildə lisenziyanın uzadılması üçün müraciət edib, ancaq hələ də cavab almayıb.

23 il ərində bu məktəbləri 5 min tacik bitirib. Onların içində prezident Emomali Rahmon-un bir neçə oğlu və nəvələri də var.

Bəzi təhlilçilərin fikrincə, Shelale və liseylərinin bağlanmasının əsl səbəbi Orta Asiya və keçmiş Sovet İttifaqının digər ölkələrində olduğu kimidir. Yəni bu məktəblər Gulen hərəkatı ilə əlaqələndirilir. Bu hərəkatın isə Türkiyə prezidenti Recep Tayyip Erdogan-a təhlükə yaratdığı söylənir.

XS
SM
MD
LG