Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Dövlət Neft Fondu 1,5 mlrd kəsirdə


Arxiv fotosu
Arxiv fotosu
Neft fondunun büdcəsi 90 dollarla hesablanıb
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00
Direct-ə keçid


Prezident Dövlət Neft Fondunun 2015-ci il büdcəsini təsdiqləyib. Büdcənin gəlirləri təxminən 10 milyard 247 milyon, xərcləri 11 milyard 814 milyon manat nəzərdə tutulub. Yəni, xərclər gəlirdən azı 1,5 milyard daha çoxdur.

NEFTİN BAZAR QİYMƏTİ 48 DOLLAR, BÜDCƏDƏ 90 DOLLAR…

Büdcəni şərh edən iqtisadçılarsa diqqəti başqa bir məqama çəkir. Beləki, dövlət büdcəsində olduğu kimi Neft Fondunun büdcəsində də neftin bir barellinin qiyməti 90 dollardan götürülüb.

İndi dünya bazarında brent markalı neftin dəyəri 48 dollardır. Yəni, büdcədə neftin qiyməti hazırki bazar qiymətlərindən təxminən 2 dəfə çox götürülüb. Neftin ucuzlaşmaqda davam edib, etməyəcini proqnozlaşdırmaq mümkün deyil. Davos iqtisadi forumuna qaltılanlar neftin bu qədər ucuzlaşmasının gözlənilən olmadığını bildiriblər və konkret tədbirlərinin görülməsinə zərurət yarandığını söyləyiblər.

Belə bir dönəmdə Azərbaycanda Neft Fondunun bu büdcə ilə təsdiqlənməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İqtisadçı Rövşən Ağayev bununla bağlı kiçik hesablama aparıb.

Hesablamada 1 barrel neftin orta illik qiyməti üzrə Neft Fondunun təxmini gəliri aşağıdakı kimi dəyişər:

90 dollar - 9 milyard 741 milyon manat

70 dollar – 7 milyard 500 milyon manat

50-55 dollar- 5.5-6 milyard manat manat

Rövşən Ağayev dövlət büdcəsində olduğu kimi Neft Fondunun da büdcəsində neftin bazar qiymətinin nəzərə alınmadığını yada salır. Bildirir ki, ya hökumət neftin bahalacağına ümidlidir, ya da iyun ayından sonra bu məsələyə yenidən baxılacaq. İqtisadçının üçüncü ehtimal odur ki, hökumət cari gəlirlər az olsa da belə xərcləri ehtiyat fondu hesabına ödəməyi planlayır.

YENİ BÜDCƏ: 1,5 MİLYARDlIQ KƏSİRLƏ TƏSDİQLƏNİB

Rövşən Ağayev yeni büdcədə ikinci önəmli amil kimi büdcə kəsirinə diqqəti yönəldir. Yarandığı vaxtdan ilk dəfə Neft Fondunun büdcəsi kəsirlə təsdiqlənib.

Bu ilki büdcədə əsas xərclər – 10 milyard 388 milyon manat dövlət büdcəsinə transfertlərdir. Yedə qalan vəsait qaçın və məbsuri köçkünlərin sosial durumunun həllinə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, Bakı-Tiblisi-Qars dərimyolu layihəsinə, Xaricdə Təhsil Dövlət Proqramına, Cənub Qaz Dəhlizi Layihəsinə yönəldiləcək:

Burada bir sual yarana bilər. Neft Fondunun büdcəsinin nə qədər və necə təsdiqlənməsini adi Azərbaycan vətəndaşı üçün niyə əhəmiyyətli olmalıdır? Enerji Məsələləri üzrə ekspert Kəmalə Mustafayeva ilk olaraq yada Neft Fondunun yaranma səbəblərini salır. Deyir ki, Neft itən sərvət olduğundan belə bir fond yaradıldı ki, neftdən gələn gəlir bir dəfəyə istifadə olunmasın və müəyyən bir hissəsi neft fondunda yığılsın. Amma təəssüflə bildirir ki, bu deyilənlər hələ ki icra olunmur.

Arxiv fotosu
Arxiv fotosu

“Düzdür hakimiyyət bəyan edir ki, neftin qiymətinin düşməsi sosial layihələrin icrasına və qarşıda duran məqsədlərə çatmağa mane ola bilməyəcək. Bu nə qədər real inandırıcıdır. Əgər gələcək nəsillər üçün toplanan ehtiyat vəsaitin xərclənməsindən hesabına bu ediləcəksə bu heç də yaxşı hal deyil. Tutalım Norveç. Bu ölkə illərlə Neft Fondunda vəsait toplayır. Neftin hesabına Norveçdə sosial təminatı günü-gündən güclənir. Neft fonunda toplanan vəsait Azərbaycana dar gündə daha çox gərəkər, nəinki bu vəsaiti indi xərcləmək.

Kəmalə Mustafayeva bundan əlavə neft fondunun aktivlərinin də azalmasına diqqət çəkir. Deyir ki, bir ildə aktivlərdən gələn gəlir təxminən 1 milyard dollar azalıb. Bu isə Azərbaycan hökumətinə fikirləşmək üçün ciddi əsaslardan biridir.

NEFTİN UCUZLAŞMASININ ÖLKƏLƏRƏ TƏSİRİ…

Neftin ucuzlaşması, özəlliklə, büdcəsi neft sektorundan aslı olan ölkələrin iqtisadiyyatına təsir edir. Dünya Bazarında neft İyuldan ucuzlaşıb. Bir neçə ayda brent maraklı neftin bir bareli 110 dollardan 45 dollara qədər düşüb.

Bu və digər mövzular AzadlıqLive-də!

XS
SM
MD
LG