Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:36

Əli Həsənov:"xarici donorlar yerli qanunlara hörmətlə yanaşmalıdır"


Əli Həsənov
Əli Həsənov

“Biz mətbuat, demokratiya və insan haqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmırıq”

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda deyib.

Əli Həsənov bildirib ki, hər bir sahədə qanunçuluq olmalı, hər şey qanuna söykənməlidir.

Qanunlar pisdirsə, onu müzakirəyə çıxarıb dəyişmək olar.

Amma bu, heç kimin mövcud qanunları icra etməməsinə əsas vermir.

Əli Həsənov qeyd edib ki, QHT-lər, dövlət qurumları, ölkədə fəaliyyət göstərən xarici strukturlar, mətbuat orqanları və xarici donorlar yerli qanunlara hörmətlə yanaşmalıdır əks halda, onlar bu qanunları icra etməyə məcbur ediləcəklər.

XS
SM
MD
LG