Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:47

İslam Dövləti yapon girovlardan birini edam etdi


Yaponiya internetdə onun İslam Dövlətinin girovu olan iki vətəndaşından birinin edam edilməsini göstərən videonun yayılmasından hiddətlənib və digər girovun dərhal azad edilməsini tələb edib.

Yaponiya hökumətinin nümayəndəsi Yoshihide Suga qısa televiziya çıxışında girov Haruna Yukawa-nın öldürüldüyünü təsdiq edib.

“Bu dəhşətli və qeyri-məqbul hərəkətdir, - deyib Suga, - Biz hələ də sağ olan cənab Kenji Goto-nun ona heç bir xətər yetirilmədən dərhal buraxılmasını tələb edirik”.

“The New York Times” qəzetinin xarici müxbirlərindən biri deyib ki, İD mənbələrindən biri tvitterlə bildirib ki, yaraqlılar girovpulu tələbini geri götürüblər və indi sağ qalan yapon əsiri İordaniyada həbs olunmuş “bir bacıya” dəyişmək istəyirlər.

Bundan əvvəl girovların azad edilməsi üçün hər birinə 200 milyon ABŞ dolları tələb edilmişdi.

XS
SM
MD
LG