Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:46

Mariupola görə Moskva heç başsağlığı da vermədi


Vladimir Putin - kollaj
Vladimir Putin - kollaj

Ukrayna xarici işlər naziri təəccübünü gizlətmir.

-

Ukrayna prezidenti Petro Poroshenko Mariupol şəhərinin bombardman edilməsinin təfərrüatlarını tam açıqlayacağını vəd edib və bildirib ki, şəhərdə hədəfləri separatçılara nişan verən agent həbs edilib.

Ukrayna hakimiyyət orqanları bildirirlər ki, nişançı şənbə günü yaxalanıb.

Onun artıq dindirildiyi və ifadə verdiyi barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Şurasının müşavirəsində prezident bəyan edib.

Nişançının adı bazar ertəsi açıqlanacaq

Prezident bildirib kİ, alınmış ifadələr bazar ertəsi rəsmən elan olunacaq.

O həmçinin bildirib kİ, bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri görüşərək Rusiyaya qarşı görülə biləcək növbəti tədbirləri müzakirə edəcəklər.

Prezident deyib ki, hazırkı vəziyyətdə Minsk razılaşmalarına əsasən əldə edilmiş atəşkəsin alternativi yoxdur.

Poroshenko bəyan edib ki, Ukrayna münaqişənin dinc yolla həll olunmasının tərəfdarıdır.

Mariupolda artilleriya bombardmanı zamanı həlak olmuş sakinlər üçün matəm günü elan edilib.

Rusiya BMT qətnaməsini vetolayıb

Bu arada Rusiya BMT Təhlükəsizlik Şurasında Mariupolun atəşə tutulmasını pisləyən qətnamənin qəbuluna veto ilə mane olub.

Bəyanatda atəşin dərhal dayandırılması və 30 dinc sakinin ölümünün təfərrüatlarlının araşdırılması tələb edilirdi.

ATƏT müşahidəçiləri Mariupolda yaşayış məhəllələrinin Donetskdəki separatçılar tərəfindən raket atəşinə tutulduğunu təsdiq ediblər.

Moskva başsağlığı da vermir

Xəbər verilir ki, hazırda Ukrayna qoşunlarının nəzarətində olan Mariupolda nisbi sakitlikdir.

BMT-nin baş katibi Ban Ki-moon Rusiya yönlü separatçıların hərəkətlərini, ələxüsus da onların yeni ərazilər ələ keçirəcəkləri barədə hədələrini qətiyyətlə pisləyib.

Separatçılar şəhəri atəşə tutduqlarını qəti şəkildə danırlar.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Mariupolun atəşə tutulması ilə əlaqədar Moskvanın susmasını təəccüblü adlandırıb.

O deyib ki, Rusiya bu hadisəni nə pisləyir, nə də heç olmasa, ölənlər üçün başsağlığı verir.

UKRAYNA XRONİKASINI CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG