Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:25

AŞPA-da Azərbaycan deputatlarından Moskvaya dəstək


.

Səməd Seyidov
Səməd Seyidov

SƏMƏD SEYİDOVDA MOSKVAYA DƏSTƏK

“Azadlıq” qəzeti Səməd Seyidovin Rusiyaya görə AŞPA-nı "şantaj etdi”yini yazır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda bildirib ki, Rusiyanı təcrid etmək cəhdləri Avropa Şurası üçün sonun başlanğıcı ola bilər:

«Bugünki Avropa Şurası məhz Rusiya bu beynəlxalq təşkilatın üzvü olduğu üçün mövcuddur. Rusiyanı təcrid etmək cəhdləri böyük ziyan vuracaq və bəlkə də bu beynəlxalq təşkilata son qoyacaq. Ona görə də bu cəhdlər əvvəldən iflasa məhkumdur», - deyə Səməd Seyidov bildirib.

AŞPA-DA RUSİYA XEYRİNƏ SƏS VERƏN AZƏRBAYCAN DEPUTATLARI

"Azərbaycandan tarixi qərar - Rusiya əleyhinə səs verməkdən imtina etdi”. “Qafqazinfo” Azərbaycanın yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərarın əleyhinə səs verməsini belə təqdim edir.

Ümumlikdə bu qərara 4 ölkə etiraz edib. Həmin ölkələrAzərbaycan, Ermənistan, Kipr, Serbiyadır. Azərbaycanı bu qurumda millət vəkilləri Əli Hüseynli, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova və Qənirə Paşayeva təmsil edir.

Qətnamənin əleyhinə ümumilikdə 42, lehinə 160 nəfər səs verib.

Arxiv fotosu: Balaxanıda neft buruqları yanında evlər.
Arxiv fotosu: Balaxanıda neft buruqları yanında evlər.

NEFT QUYUSU ÜSTÜNDƏ TİKİLƏN EVLƏRİN TALEYİ

“Yeni Müsavat” qəzeti Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə ilə söhbətin ikinci hissəsini yayıb.

O “bəzi ərazilərdə istismar olunmuş neft quyularının ağzını bağlayıb üzərində tikinti işləri aparılmasının”təhlükəli olduğunu bildirib:

“Mən alimlərin iclasında da bu barədə dedim. Təhlükədən başqa orda bizim neftimiz qalıb. Biz bu günə qədər quruda olan neft ehtiyatının 40 faizini çıxartmışıq. Qalan nefti dünənki, bugünkü texnika, texnologiya ilə çıxartmaq mümkün deyil.

Ola bilsin gələcəkdə elə texnika, texnologiya olsun ki, biz onunla qalan nefti çıxara bilək. Ona görə də həmin sahələri tutmaq, orda bir şey tikmək düzgün deyil. İndi biz bunun üstündə də işləyirik. Neft Şirkəti çalışır ki, bu işlərə daha yol verilməsin, qabağı alınsın. Çox şeylər olub, gedib əraziləri tutublar. Nə isə, uzun haqq-hesabdır...

Biz artıq xəbərdarlıqlar yazıb hər yerə göndərmişik ki, bundan sonra belə hallara imkan verilməsin”.

XS
SM
MD
LG