Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:31

AŞPA-nın qətnaməsinə Xədicə İsmayılla bağlı məsələ salınıb


Foto arxiv
Foto arxiv

Avropa Şurası Parlament Assambleyasının Avropada jurnalist hüquqlarını müdafiəsi və söz azadlığı ilə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayıl və ifadə azadlığının vəziyyətinə də toxunulur.

Qətnamə yanvarın 29-da Strasburqda qəbul edilib.

Sənəddə Xədicə ismayılın həbsi, AzadlıqRadiosu Bakı bürosunun ötən ilin dekabrında bağlanması, habelə Repoartiorların Azadlığı və Təhlükəsizliyi institutunun rəhbəri Emin Hüseyinova qarşı irəli sürülmüş ittihamlardan narahatlıq bildirilir.

Parlament Assambleyası Azəırbaycan hakimiyyətini təqsirsizlik prezumpsiyası hüququ və ifadə azadlığına hörmətlə yanaşmağa çağırıb.

XS
SM
MD
LG