Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 05:51

İlk dəfə Lerikə təbii qaz verildi


İlk dəfədir ki, rayona qaz verilir
İlk dəfədir ki, rayona qaz verilir

Prezident İlham Əliyev oktyabrın 23-də Lerik, Masallı, Yardımlı rayonlarına səfərə çıxıb. Səfərdə məqsəd «Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı»nın icrası ilə tanış olmaqdır.


Prezident səfərinə Lerikə təbii qaz verilməsi ilə əlaqədar keçirilən mərasimdə iştirakla başlayıb. İlk dəfədir ki, rayona qaz verilir. Yeni kəmərlərin çəkilməsi və digər müvafiq infrastruktur yaradılması üçün 11 milyon 500 min manat vəsait ayrılıb. Bu vəsaitin 9 milyon 180 mini dövlət büdcəsindən, qalanı isə «Azəriqaz»ın hesabına ödənilib. Ötən il dövlət başçısı Lerik-Lənkəran yolunun açılışında iştirak edərkən rayona qaz çəkiləcəyini söz vermişdi. İlham Əliyev Lerik qəsəbə orta internat məktəbinin təmirdən sonrakı açılışında iştirak edib, «Relaks» istirahət mərkəzinə baş çəkib. Rayon ictimaiyyəti qarşısında çıxış edən İlham Əliyev gələn il Lənkəranda beynəlxalq aeroportun fəaliyyətə başlayacağını bildirib.


Prezidentin səfəri oktyabrın 23-ü axşama yekunlaşacaq.


XS
SM
MD
LG