Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:33

Əli Həsənov ABŞ Konqresində dinləmələrə münasibət bildirdi


Əli Həsənov
Əli Həsənov

-

Fevralın 12-də ABŞ Konqresində Azərbaycanla bağlı dinləmələr keçiriləcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov jurnalistlərlə söhbətində buna münasibət bildirib.

apa-nın məlumatına görə, o, belə dinləmələrin keçirilməsini normal sayıb:

«Bizim parlament də, QHT-lər də ABŞ-dakı proseslər barədə dinləmələr keçirir. Lazım olsa, biz də hökumət olaraq keçirə bilərik. Müasir, demokratik, siyasi, plüralist normaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz. Qoy, ABŞ-da Azərbaycanın həyatını olduğu kimi təhlil etsinlər. Biz də orda olan prosesləri olduğu kimi təhlil edib, münasibət bildiririk».

Ancaq şöbə müdiri bu cür müzakirələri birtərəfli yox, bitərəf aparılmalı olduğunu vurğulayıb:

«Sadəcə, belə müzakirələr keçirməyin prinsipial məqamları var. Müzakirələrə təkcə anti-Azərbaycan qüvvələri deyil, Azərbaycandakı mövcud vəziyyəti doğrudan bilən insanları da dəvət etmək lazımdır. Müzakirələr birtərəfli yox, neytral qaydada təşkil olunmalıdır».

«DÜŞÜNÜRÜK Kİ, ABŞ HÖKUMƏTİ DƏ BUNA ÇALIŞIR»

İki ölkənin münasibətinə toxunan Əli Həsənov deyib:

«Biz Azərbaycanla ABŞ arasında gərgin münasibət müşahidə etmirik».

O bildirib ki, ayrı ayrı-ayrı ekspertlər, hüquq müdafiə təşkilatları nələrsə müşahidə edə bilər, amma Azərbaycanla ABŞ arasında beynəlxalq sülhyaratma proseslərində, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində, beynəlxalq enerji təhlükəsizliyi, Xəzər dənizi və Cənubi Qafqazın transmilli nəqliyyat kommunikasiya xətlərinin birgə formalaşması, texniki istismarında və digər məsələlərlə bağlı əməkdaşlıq davam edir:

«O cümlədən Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə də əlaqələr davam edir. Bəzi dairələr var ki, bu münasibətləri kəskinləşdirməyə çalışır, ABŞ mətbuatında ara-sıra neqativ yazılar dərc etdirir. Həmin yazılar bir qayda olaraq real gerçəklikləri əks etdirmir, münasibətləri korlamaq istəyən ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında hazırlanır. Biz bunların qarşısını almağa çalışırıq və düşünürük ki, ABŞ hökuməti də buna çalışır».​

XS
SM
MD
LG