Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:22

Ermənistan «Eurovision»a siyasi mahnıyla gedir: «İnkar etmə!»


-

Bu il Ermənistanı "Eurovision" mahnı müsabiqəsində "Genealogy" qrupu təmsil edəcək.

Qrupun ifa edəcəyi «Don't deny» (İnkar etmə!) mahnısı 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən və "erməni soyqırımı" adlandırılan hadisənin 100 illiyinə həsr edilib.

Mahnını Asiya, Afrika, Avropa, Avstraliya və Ermənistandan olan 5 sənətçi ifa edir.

Türkiyə tərəfinin məsələyə münasibəti hələ ki bilinmir. Ankara 100 il əvvəlki hadisələri soyqırım kimi tanımaqdan imtina edir.

Bu günlərdə məlumat yayılmışdı ki, üç illik aradan sonra TRT 2016-cı ildə «Eurovision» Mahnı Yarışmasına qatılmağa qərar verib.

TRT səsvermə sistemindəki ədalətsizliyi əsas gətirərək 2013-cü ildən bəri «Eurovision»a qatılmırdı.

XS
SM
MD
LG