Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:37

Manatı dollara dəyişənlərin sayı artıb


Bakı
Bakı

-

«DOLLAR NEÇƏYƏDİR?»

Fevralın 17-də səhər tezdən Bakıdakı valyutadəyişmə məntəqələrində manatı dollara dəyişənlər əvvəlcə bu sualı verirdi. Valyuta alqı-satqısı ilə məşğul olanlar deyir ki, bazar ertəsindən məntəqələrə yaxınlaşanların sayı artıb. Alqı-satqı ilə məşğul olan Zakir Əliyev deyir ki, məntəqəni yeni açsa da, müştəriləri çoxdur:

«Kifayət qədər dollar dəyişən var. Yəqin adamlar pullarının əllərində qalacağından qorxur».

100 DOLLAR 79 MANAT 50 QƏPİKDƏN DƏ ALINIR

Fevralın 17-də səhər əksər valyutadəyişmə məntəqələrində 100 dollar 78 manat 70 qəpikdən alınır, 79 manata satılırdı. 100 dolların 79 manat 50 qəpikdən alındığı məntəqələr də var idi.
Müştərilər manatı dollara dəyişdiklərini deyir. Ancaq tərəddüd edənlər də vardı:
– Əlbəttə, dollara dəyişirəm.
– Bu dəqiqə böhrandır. İcarələri ödəyə bilmirik. Necə olacaq, bilmirəm.
– Manat ucuzlaşsa da, mən dollara inanmıram.
– Əlimizdə elə də pul yoxdur. Yəqin kiçik adamlara az təsir edəcək. Düzdür, qiymətlər qalxacaq. Ancaq ona da öyrəşmişik də, qiymətlər onsuz da həmişə qalxır.
– Yəqin qiymətlərə təsir edəcək. Bir həftəyə tam baş verəcəyini görəcəyik.
– Mən manatdan yapışacağam, qalanları boş şeydir.

MANAT ƏN AZI 10 FAİZ UCUZLAŞA BİLƏR

İqtisadçı Samir Əliyev deyir ki, manatın ucuzlaşması çoxdan gözlənilirdi. Onun sözlərinə görə, prezidentin son müşavirədə manatın baha olmasından narahatlığını bildirməsi, manatla avronun bərabərləşməsi haqqındakı tövsiyəsindən sonra hökumətin devalvasiyaya gedəcəyi yəqinləşmişdi.
Bəs, dolların bahalaşması, manatın ucuzlaşması hansı həddə qədər davam edə bilər? Samir Əliyev deyir ki, manat ən azı 10 faiz ucuzlaşa bilər:

Samir Əliyev
Samir Əliyev

«Hökumətin qarısına qoyduğu hədəf nədən ibarətdir? Əgər hədəf prezidentin dediyi kimi manatla avronu bərabərləşdirməkdirsə, söhbət hardasa ən azı 10 faiz ucuzlaşmadan gedir. Təxmini belə nəticə çıxartmaq olar ki, ilkin dövrdə 1 dollar 85 qəpiyə qədər bahalana bilər. Sonrakı dövrdə manatın ucuzlaşması daha da arta bilər. İstənilən halda bu ucuzlaşma tədricən baş verəcək. Bir ayda təxminən 1 faiz ucuzlaşma ola bilər».

Fevralın 16-da Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Məzənnə siyasətinin ABŞ dolları və Avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.
2014-сü ilin dekabrın 18-dən manatın dollara nisbətdə rəsmi məzənnəsi $1- 0,7844 AZN səviyyəsində saxlanılırdı. Fevralın 16-da dollar 0,05% bahalaşaraq 0,7848 AZN/USD təşkil edib.

XS
SM
MD
LG