Qadın peşəsi, kişi peşəsi insan haqları prizmasından baxsaq, belə bir bölgü olmalıdırmı?
Sacidə Abdulvahabova: «Mənə elə gəlir insan hüquqları baxımından belə bir bölgü olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində də bununla bağlı müvafiq maddələr var. İkincisi, Azərbaycanın qoşulduğu konvensiyalar da buna şərait yaradır. Məsələn, Beynəlxalq Əmək Təşkilatının 55 konvensiyasına Azərbaycan qoşulub. O, konvensiyalardan 4-ü məhz qadın əməyi ilə əlaqədardır və orada göstərilib ki, hansı peşələrdə qadınların işləməsi mümkündür».
Sahib Məmmədov: «Əmək Məcəlləsinin 241-ci maddəsi belə bir məhdudiyyətlər irəli sürür. Xüsusi ağır və zərərli hesab olunan işlər var ki, orada qadınların işləməsinə bir növ pozitiv diskriminasiya qoyulur. Lakin, mən işlərin fiziki ağırlığı baxımından peşələrin qadın-kişi bölgüsünün tərəfdarıyam. Qalan hallarda hesab edirəm ki, bu bölgüyə ehtiyac yoxdur».